Türkiyə mətbuatı: “Azərbaycan bayrağı 24 il sonra o təpədə” - VİDEOLAR
Bizi izləyin

Nida.az

Türkiyə mətbuatı: “Azərbaycan bayrağı 24 il sonra o təpədə” - VİDEOLAR

Ermənistandan geri alınan Talış kəndindəki təpəyə 24 il sonra Azərbaycan bayrağı yenidən asıldı.

Publika.az xəbər verir ki, bu barədə xəbər bu gün Türkiyənin aparıcı media orqanlarında manşetlərə çıxarılıb.

Türkiyə mediası cəbhə xəttində 2-5 aprel tarixlərində gedən döyüşlərə toxunaraq qeyd edib ki, 6 gün öncə erməni işğalında olan, Azərbaycanın Goranboy və Naftalan şəhərləri üçün təhlükə yaradan Talış kəndinin ətrafındakı ən yüksək təpəyə üçrəngli bayraq asıldı.

“Azərbaycan Ordusu 24 il sonra ermənilərin işğalında azad olunmuş yerə üçrəngli bayrağı asdı. Digər tərəfdən, strateji yüksəlik olan vacib olan “Lələ təpə” də Azərbaycan ordusunun nəzarətinə keçdi. Azad olunan ərazilərdə möhkəmlənmə işləri həyata keçirilir”, - deyə manşetləri bəzəyən xəbərlərdə deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm