• USD 1,7000 0,00% EUR 1,9960 -0,04%
    • GBP 2,2275 +0,18% RUB 0,0258 +0,78%

Başını itirmiş Serj Sarkisyan

  • Nida.az
  • 9 Aprel 2016 05:41
  • 1 231 Baxış
Başını itirmiş Serj Sarkisyan

Bu yaxınlarda Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində qeyri-adi, amma həm də məzəli bir hadisə baş verdi. Dövlət və hökumət başçıları birgə foto çəkdirərkən fotoqraflar onlardan əl yelləməyi xahiş etdilər. Obyektivə baxaraq bunu etməyən yeganə şəxs, qəribə də olsa, Serj Sarkisyan oldu. Bəlkə də bunu diplomatik etiketin əlifbasını bilməməklə izah etmək olardı.

Amma bizcə, söhbət sadəcə Ermənistan dövlət başçısının protokol xidmətinin eybindən getmir. Yəqin ki, həmin an Serj Sarkisyanın başında xəlvətcə düşündüyü “ildırım sürətli müharibə” ilə bağlı fikirlər dolaşırdı. O, təsəvvürünə gətirirdi ki, “şanlı Ermənistan ordusu”nun hücumundan cəmi bir neçə saat sonra “cəsur erməni döyüşçülər” Kürün sularında çiməcək. Serj Sarkisyan bu xülyalara qərq olduğu zaman fotoqrafların ona bir neçə dəfə işarə edərək əl yelləməsini xahiş etdiyinin fərqinə varmadı. Nəhayət, onlar Ermənistan prezidentinin kar-kor olmasından bezib fotoaparatlarını şaqqıldatdılar.

Hə, məzəniz olsun Serj Azatoviç... Dünya liderləri ilə yan-yana durmaq sizin üçün tezliklə Bakıda “Artsax bayrağı”nın sancılacağı barədə xalqınızın başını piyləmək deyil. Erməni təbliğat maşınının mifləri faş oldu. “Qorxaq əsgər” ilk atəşdən sonra “sprinter sürəti ilə” Xəzərə doğru qaçmadı, siz isə 22 ildir ki, öz sadəlövh və hər sözü tez həzm edən ictimaiyyətinizi buna inandırdınız. Yox, əsgər qorxubilməz şir kimi döyüşə atıldı, öz canının hayına qalmadı, düşməni cəhənnəmə vasil etmək üçün vuruşdu!

Qaçmağa gəldikdə, bunu silahını və yaralı yoldaşlarını döyüş meydanında atan sizin “müzəffər ordunuz” etdi. Xatırlayırsınızsa, bir vaxtlar onu “regionda ən döyüşqabiliyyətli” adlandırırdınız. Hə, bu qaçaqaç elə güclü oldu ki, hətta əhali arasında vəlvələ düşdü. Döşünüzə döyə-döyə “alınmaz” adlandırdığınız “Ohanyan xətti” isə demə, “Kardaşyanın xətti”ndən də şəffaf imiş...

Sizə işarə edən fotoqrafları görmədiniz, buna xəyallarınız mane oldu. Düşüncələrinizdə “köklü xalqlar” “onların vətənini işğal etmiş köçərilərə” qarşı üsyana qalxacaq və dərhal “azadlıqsevər artsaxlılar”ın tərəfinə keçəcəkdilər. Eh, haradan biləydiniz ki, Qarnik Asatryan və bu gün rüsvayçılıqdan “ustad” məzarında çevrilən erməni təbliğatının “şahı” Levon Melik-Şahnazaryan ayrılan vəsaiti bada veriblər. Sizin onlara “əsarətdə olan” milli azlıqların “oyanışı” üçün axmaqcasına verdiyiniz əlmuzdunu kefləri istəyən kimi xərcləyiblər. Həmin an bilmirdiniz ki, qrantlar vasitəsilə “yad” Qarabağ uğrunda döyüşməkdən imtina edib ermənilərlə kütləvi qardaşlaşma əvəzinə Lənkəran, Qusar və Balakəndən olan gənclər, az qala sözün hərfi mənasında, hərbi komissarlıqlara hücum çəkəcək və xahiş edəcəklər ki, Vətənləri Azərbaycan Respublikası uğrunda müqəddəs müharibəyə könüllü kimi göndərilsinlər!

Odur ki, sizi başa düşür və çox da qınamırıq: həmin vaxt – obyektivlər qarşısında durarkən başınız fikirlərdən şişmişdi. Heç əl yelləmək yada düşmürdü, bunun hayında deyildiniz!..

Amma indi fikirləşməyə vaxtınız var, axı bir andaca çürümüş mifləri indi yenisi ilə əvəz etməlisiniz...

Sonda, bir haldakı ölkələrimiz növbəti atəşkəs barədə razılığa gəliblər, sizdən az qala doğma bir adam kimi, kiçicik xahiş: zəhmət olmasa, öz əlaltılarınıza – infuzoriyalar üzrə mütəxəssisə, mikrobioloq Şavarş Koçaryana, Bakının ən yüksək zirvəsində olmaq arzusu ürəyində qalan “bayraqdar” David Babayana və digər “miatsum nəzəriyyəçilərinə” deyin ki, bundan sonra heç vaxt münaqişənin bərabərhüquqlu tərəfi kimi “Dağlıq Qarabağ Respublikası”ndan söz açmasınlar. Altında Samvel Babayanın imzası olan 22 illik kağızı isə gözdən iraq bir yerlərində gizləsinlər. “Dağlıq Qarabağın müdafiə ordusu” haqqında da, zəhmət olmazsa, daha bir kəlmə işlətməyin. Ya da heç olmasa Artsrun Ovanissyana tapşırın, rəhbərlik etdiyi idarə məhv edilmiş erməni hərbi qulluqçularının siyahısını açıqlayarkən, bundan sonra onların yaşayış yerlərini qeyd etməsin. Axı sonra xoruzun quyruğu görünür, məlum olur ki, “regionda ən döyüşkən” “Artsax ordusu”da qulluq etmək üçün “Dağlıq Qarabağ Respublikası”nda gündüz çıraqla da adam tapmaq olmur. “Ordu”dakı əsgərlərin hamısı Ermənistan sakinləridir!

Hərçənd istisna etmirik ki, “artsaxlılar” o qədər dahidirlər ki, dünya erməni icması Ermənistan sakinlərini önə verərək sadəcə “öz genofond”unu qoruyur.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>