Cübbəli Əhməd ermənilərə qarğış tökdü
Bizi izləyin

Nida.az

Cübbəli Əhməd ermənilərə qarğış tökdü

Türkiyədə Cübbəli Əhməd kimi tanınan din alimi Əhməd Mahmud Ünlü rəcəb ayının ilk cümə axşamı keçirilən əhya gecəsində cəbhə bölgəsində son baş verən hadisələrə görə Azərbaycana dua edib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan şəhidlərinə dua edən Cübbəli Əhməd ermənilərə və ruslara da qarğış töküb.

“Azərbaycana yardım elə! Ermənistanı qəhr (lənət) elə! Azərbaycanlı şəhidlərimizə rəhmət elə! Qəbrlərini nur elə! Fərəcələrini ali elə! Azərbaycanla Türkiyənin ittihadını, ittifaqını təsdiq elə! Bir millət kimi birləşdir ya Rəbbil aləmin! Bu erməninin, bu yəhudinin, bu sionistin, bu rusun, bu kafirin oyunlarını plan mərhələsində ləğv elə! Hardan gəldiklərinə peşman edib geriyə çevir yaRəbbil aləmin!” – deyə Cübbəli Əhməd duada vurğulayır.

Tədbirdə iştirak edən möminlər isə dualara yekdilliklə amin deyirlər.

Cübbəli Əhməd aprelin 2-də sosial şəbəkədəki səhifəsində Azərbaycanla Türkiyənin birliyini göstərən şəkil paylasşmış və cəbhədə dünyasını dəyişən Azərbaycan şəhidlərinə rəhmət oxumuşdu.

Ötən gün iranlı din xadimi də Azərbaycan üçün dua etmişdi. İranın ali dini liderinin Ərdəbil əyalətindəki təmsilçisi Höccətül-İslam Seyid Həsən Amili bu gün cümə namazı zamanı Dağlıq Qarabağda baş verənlərdən danışıb.

O, Azərbaycanın ərazi bütövlüyünü dəstədiklərini, işğal altında olan torpaqların geriyə qaytarılmasını istədiklərini bildirib.

Qarabağda döyüşməyi arzuladıqlarını deyən H. Amili qeyd edib ki, Qarabağ İslam dünyasının bir parçasıdır və Azərbaycana qaytarılmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm