Ermənilər ŞOKDA: 19 hərbçinin cəsədi yoxdur
Bizi izləyin

Nida.az

Ermənilər ŞOKDA: 19 hərbçinin cəsədi yoxdur

“Təmas xəttində həlak olmuş hərbçilərin axtarışı daha bir-iki gün davam edəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı işğalçı rejimin nümayəndəsi David Babayan deyib.

O, tapılan erməni meyitlərinin sayını açıqlamayıb: “Biz hələlik belə məlumatları dərc etmirik. İki-üç gün sonra hər şey aydın olacaq”.

Daha əvvəl isə separatçı rejimin “operativ bölməsinin rəhbəri” Viktor Arustamyan brifinqdə bildirib ki, aprelin 1-dən 7-dək erməni hərbçilərdən 21 nəfər itkin düşüb. Aprelin 8-də aparılan axtarışların gedişatında itkin düşənlərdən yalnız ikisinin cəsədi tapılıb.

Qeyd edək ki, aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə saat 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm