• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Ermənilər itkilərini təsdiq edirlər: general ağır vəziyyətdədir - VİDEO

  • Nida.az
  • 9 Aprel 2016 11:26
  • 1 534 Baxış
Ermənilər itkilərini təsdiq edirlər: general ağır vəziyyətdədir - VİDEO

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini ağır yaralanıb və gizli şəkildə İrəvanda mülki xəstəxanada müalicə alır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi erməni sosial şəbəkə istifadəçilərinin açıqlamalarından ələ edib.

İşğal altındakı Cəbrayıl ərazisində 5-ci taborda xidmət etdiyini bildirən sosial şəbəkə istifadəçisi Karen Torosyan həmin əraziyə dislokasiya olunmuş qərargah məntəqəsinə atılan mərmi nəticəsində bir neçə yüksək rütbəli zabitlə yanaşı, işğal altındakı Cəbrayıl rayonunda yerləşən alayın komandiri polkovnik Ararat Melkumyan və qərargahda olan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Movses Hakopyanın ağır yaralanması barədə xəbər paylaşıb.

Paylaşımdan məlum olur ki, Ermənistan rəhbərliyi faktı erməni ictimaiyyətindən və hərbi qulluqçulardan gizlətmək məqsədi ilə yaralı olan yüksək vəzifəli şəxsləri aprel ayının 4-də İrəvana gətirərək, orada “Çeryomuşki” massivində yerləşən Respublika Mərkəzi Xəstəxanasında əməliyyat etdirib.

Qeyd edək ki, aprelin 4-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsini dəqiq cavab atəşi ilə darmadağın etmişdi. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilmişdi.

Qeyri-rəsmi məlumatda isə yaralananlar arasında Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnatsakanyan və general Seyran Saroyanın da olduğu bildirilirdi.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR