Medvedev: “Regionda vəziyyət daha mürəkkəb olacaq...”
Bizi izləyin

Nida.az

Medvedev: “Regionda vəziyyət daha mürəkkəb olacaq...”

“Rusiya həm Azərbaycan, həm də Ermənistanla hərbi-texniki əməkdaşlığı saxlamalıdır”.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev “Rossiya 1” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanla hərbi-texniki əməkdaşlığı regionda güc balansının saxlanılmasına imkan yaradır.

“Bir dəqiqəlik təsəvvür edək ki, Rusiya bu roldan imtina edib. Biz əla anlayırıq ki, bu yer (Rusiyanın yeri – red.) boş qalmayacaq. Başqa ölkələrdən silah alacaqlar, bununla da öldürücülüyün dərəcəsi azalmayacaq. Buna görə də əmin deyiləm ki, başqa silah təchizatçılarının bu bazara gəlişi vəziyyəti yüngülləşdirəcək. Düşünürəm ki, vəziyyət daha mürəkkəb olacaq”, - Medvedev deyib.

Baş nazir qeyd edib ki, Rusiyanın bu roldan imtina etməsi regionda hazırda mövcud olan balansı dağıda bilər.

Medevedin fikrincə, silah yalnız nə vaxtsa ondan istifadə olunması üçün əldə edilməməlidir. O, qeyd edib ki, silah təmkinliyin saxlanılması amili olmalıdır. Rusiya Nazirlər Kabinetinin başçısı xatırladıb ki, Rusiya həm Azərbaycan, həm də Ermənistanın partnyordur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm