• USD 1,7000 0,00% EUR 1,9810 -0,22%
    • GBP 2,1592 -0,13% RUB 0,0221 -0,90%

Azərbaycanlı Ukraynada vəzifəyə təyin edildi - FOTO

  • Nida.az
  • 9 Aprel 2016 16:36
  • 917 Baxış
Azərbaycanlı Ukraynada vəzifəyə təyin edildi - FOTO

Ukraynada prezident Pyotr Poroşenkonun sərəncamı ilə ilk dəfə olaraq azərbaycanlı rayon icra başçısı təyin edilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, prezidentin sərəncamı ilə əslən Azərbaycandan olan, 1963-cü il təvəllüdlü Kamandar İsgəndər oğlu Bayramov Poltava vilayəti Velikobaqaçanski rayonunun icra başçısı təyin edilib.

Buna qədər Ukraynada azərbaycanlı rayon icra başçısı olmayıb.

K. Bayramov 1990-cı ildən Ukrayna vətəndaşıdır və Luqansk vilayətində bir sıra vəzifələrdə çalışıb. 2002-2006-cı illərdə Luqansk vilayət Radasının (parlament) yeganə azərbaycanlı deputatı olub. K. Bayramov Birləşmiş Ukrayna Azərbaycanlıları konqresinin üzvüdür, diaspor fəalıdır.

Hazırda Poltava vilayət Radasında da azərbaycanlı deputat var. Bu iş adamı Fəxrəddin Muxtarovdur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR