Prezidentdən XOŞ XƏBƏR: Azərbaycanda evsiz adam qalmayacaq
Bizi izləyin

Nida.az

Prezidentdən XOŞ XƏBƏR: Azərbaycanda evsiz adam qalmayacaq

Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün yaxın zamanlarda nəinki Bakıda və bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcək.

Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirib. Dövlətimizin başçısı sosial mənzillərin tikintisi proqramının yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəyini, bunun yeni təşəbbüs olduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsədin belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarət olduğunu vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm