Sərksiyan Ter-Petrosyanın evində - Qarabağ müzakirəsi
Bizi izləyin

Nida.az

Sərksiyan Ter-Petrosyanın evində - Qarabağ müzakirəsi

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə bağlı ölkənin qanuni prezidenti Levon Ter-Petrosyanla görüşüb.

Axar.az xəbər verir ki, Sərksiyan və Petrosyan təmas xəttində son hadisələri müzakirə ediblər. Tərəflər arasında görüş Ter-Petrosyanın təşəbbüsü ilə onun evində baş tutub.

Qeyd edək ki, 1991-ci ilin oktyabrında Ter-Petrosyan Ermənistan tarixində ilk dəfə keçirilən seçkilərdə qalib gəlib. Beş il sonra, 1996-cı ilin sentyabrında isə onun seçkilərin saxtalaşdırılması nəticəsində hakimiyyətə gəldiyini iddia ediblər.

1998-ci ilin fevralında Ter-Petrosyan Ermənistanın o vaxtkı Müdafiə naziri Vazqen Sərkisyanın başçılığı ilə keçirilən hərbi çevriliş zamanı istefaya göndərilib. Sözügedən dövrdə Vazqen Sərkisyan Müdafiə naziri, Serj Sarkisyan isə Daxili İşlər və Milli Təhlükəsizlik naziri vəzifəsində idi. Dövrün Baş naziri Robert Köçəryanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi prezident Ter-Petrosiyanın mövqeyindən fərqlənirdi.

Levon Ter-Petrosyan Ermənistan siyahlı qüvvələrinin işğal etdiyi ərazidən çıxması və Dağlıq Qarabağa ən yüksək muxtar statusun verilməsi barədə müzakirələri dəstəkləyirdi. Lakin “Qarabağ klanı” bunu təslimçi saziş kimi qələmə verərək, etiraz edirdi.

Prezidentlikdən devrilərkən, 1998-ci ildə Ter-Petrosyan gələcəkdə Azərbaycanın çox güclənəcəyini və indiki şərtləri qəbul etmək üçün ermənilərin yalvaracağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm