Koreyadakı azərbaycanlılar Ermənistanın təxribatına etiraz edib
Bizi izləyin

Nida.az

Koreyadakı azərbaycanlılar Ermənistanın təxribatına etiraz edib

Koreyada yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin aprelin 2-də cəbhə xəttindəki təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar etirazlarını bildiriblər.

"Report" xəbər verir ki, “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri, habelə bu ölkədə yaşayan digər azərbaycanlılar paytaxt Seul şəhərində Ermənistan silahlı qüvvələrinin aprelin 2-də cəbhə xəttindəki təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar dinc etiraz aksiyası keçiriblər.

Aksiyanın əsas məqsədi son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, eləcə də, Azərbaycanla təmas xəttində Ermənistan işğalçı qüvvələrinin təxribatçı cəhdləri və dinc əhalinin qətlə yetirməsi ilə əlaqədar baş vermiş hadisələrə Koreya ictimaiyyətinin diqqətini yönəltməkdən ibarət olub.

Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada azərbaycanlı, türk, malayziya və koreyalı tələbələr iştirak edib. Tədbir zamanı Ermənistanın əleyhinə “Ermənistan təcavüzkar ölkədir”, “Torpaqlarımızı tərk edin”, “Qarabağ bizimdir, bizim olacaq”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır” şüarları səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm