Nida.az
Londonda Ermənistan əleyhinə etiraz aksiyası keçirilib - FOTOLAR
Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik Böyük Britaniyada yaşayan Azərbaycan diasporunun diqqət mərkəzindədir.
Publika.az-ın məlumatına görə, Azərbaycanın haqq işinə dəstək məqsədilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Böyük Britaniyada yaşayan diasporumuzun fəalları və burada təhsil alan tələbələrimiz, beynəlxalq hüquq müdafiəçiləri aprelin 10-da paytaxt Londonun mərkəzində etiraz aksiyası keçiriblər.
Sanksiyalaşdırılmış etiraz aksiyası London sakinlərinin və turistlərin əsas gəzinti yeri olan Trafalqar Meydanından başlayıb. Tədbir iştirakçıları Vaythol küçəsindən, 10-cu Dauninq küçəsində yerləşən Böyük Britaniya baş naziri Devid Kameronun iqamətgahına doğru yürüş ediblər. Aksiya iştirakçıları Böyük Britaniyanın baş naziri Devid Kamerona müraciət edərək Ermənistana 20 ildən artıq işğal etdiyi Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonundan hərbi qüvvələrini çıxarmayana qədər, ona qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırış ediblər. Yürüş iştirakçıları tərəfindən qəbul olunmuş rəsmi müraciət baş nazir Devid Kameronun poçtuna atılıb. 400-dən artıq etirazçının iştirak etdiyi tədbir beynəlxalq media tərəfindən işıqlandırılb. Aksiyada Londondakı türk, qazax, özbək və qırğız diasporasının nümayəndələri də iştirak edib.
Tədbir iştirakçıları həmçinin, aprelin 9-da Parisdəki Ermənistan səfirliyi qarşısında azərbaycanlıların keçirdiyi etiraz mitinqində ermənilərin dinc insanlara qarşı hücum etməsini də pisləyiblər. Əllərindən plakat və Azərbaycan bayraqlarını tutan aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək olduqlarını ifadə ediblər. Aksiyada “Ermənistanın ASALA terroristləri və əsgərləri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidirlər”, “Biz ədalət tələb edirik!”, Qarabağ Azərbaycandır!, Qarabağ Azərbaycana məxsusdur!”, “Ermənistan Azərbaycandan rədd olsun!” “Ermənistan etnik təmizləmədə günahkardır”, “Ermənistan prezidenti - MÜHARİBƏ CİNAYƏTKARIDIR”, “SARQSYAN – Əllərin qan içindədir!” şüarları səslənib.
Etiraz aksiyasının plakarlarında aşağıdakı məzmunda çağırışlar da yer alıb:
- Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 62/243 saylı Qətnaməsi
- Azərbaycana “beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində onun suverenliyi və ərazi bütövlüyünə davamlı hörmət və dəstəyi” Təsdiq edir ;
- Azərbaycanın “işğal olunmuş bütün ərazilərindən Ermənistan qüvvələrinin dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmasını” Tələb edir ;
- Azərbaycan ərazilərinin işğal edilməsində heç bir dövlət dəstək verməməli və yardım göstəməməlidir.
- Ermənilər 1918-ci il 31 mart soyqırımında günahkardırlar. Biz soyqırımı unutmamışıq və ədalət tələb edirik !
- Ermənistan Xocalı soyqırımında günahkardır. Biz soyqırımı unutmamışıq və ədalət tələb edirik !
Yürüşün yekun qətnaməsində bildirilir ki, bu aksiya Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən hərbi təxribatın və görünməmiş səviyyədə zorakılığın baş verməsi nəticəsində onlarla Azərbaycan hərbçisinin və mülki əhalinin tələfatına etirazdır.
Dünya parlamentlərinin Azərbaycanı haqq işini dəstəkləməsı və BMT Təhlükəsizlik Şurasının artıq 22 ildir qəbul etdiyi lakin icra edilməyən qətnamələrin yerinə yetirilməyənə qədər Ermənistana qarşı sanksiyaların tədbiqnin artıq vaxtı çatıb. Mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərini tərk etməyi və işğalın qurbanları olan təqribən bir milyon yaxın qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmaq imkanı yaratmağı tələb edir.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər