İlham Əliyev Hindistan prezidentinə başsağlığı verdi
Bizi izləyin

Nida.az

İlham Əliyev Hindistan prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hindistanda 100-dən çox adamın faciəli şəkildə ölməsi ilə nəticələnən yanğınla bağlı bu ölkənin prezidenti Pranab Mukherciyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Paravur şəhərindəki Puttinqal məbədində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm