Lavrov Azərbaycan və Ermənistana müraciət etdi
Bizi izləyin

Nida.az

Lavrov Azərbaycan və Ermənistana müraciət etdi

“Rusiya Federasiyası Qarabağda münaqişə tərəflərini atəşin dayandırılması haqqında razılaşmalara riayət etməyə çağırır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsindən narahat olmuşuq. Tərəfləri döyüş toqquşmalarının təcili dayandırması haqqında əldə olunan razılaşmalara riayət etməyə, razılaşmaların pozulmasına imkan verməməyə çağırırıq. Rusiya maraqlıdır ki, bu çətin münaqişənin siyasi yolla nizama salınması istiqamətində müsbət tərpəniş müşahidə olunsun”, - o, deyib.

Qeyd edək ki, Azərbaycan ordusunun 1-5 aprel tarixlərində Ermənistanın işğalçı qüvvələrinə vurduğu sarsıdıcı zərbələrdən sonra – aprelin 5-də atəşkəs barədə razılıq əldə olunub. Bununla belə, düşmən tərəfi atəşkəsi mütəmadi olaraq pozur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm