Rus nazir: “Türkiyə və Rusiya...”
Bizi izləyin

Nida.az

Rus nazir: “Türkiyə və Rusiya...”

“Rusiyanın “Qazprom” şirkəti ilə Türkiyənin enerji şirkətləri arasında uzun müddətlik müqavilələr mövcuddur. Bu əməkdaşlıq hazırda da davam edir”.

Publika.az xəbər verir ki, bu fikirləri Moskvada keçirilən mətbuat konfransında Rusiyanın enerji naziri Aleksandr Novak deyib.

Rus nazir söyləyib ki, Türkiyə Rusiyadan ən çox tbii qaz alan ölkələrdən biridir: “Türkiyə Rusiyadan ildə 27-28 milyard kubmetr mavi qaz alır. Ona görə də Türkiyə şirkətləri ilə Rusiya arasında imzalanan müqavilələrin dondurulması üçün hər hansı səbəb görmürəm”.

Xatırladaq ki, rus hərbi təyyarəsinin vurulmasına görə Türkiyə ilə Rusiya arasında çıxan böhranın kəskin dövründə prezident Vladimir Putin təbii qazı kəsməklə tez-tez Türkiyəni şantaj edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm