PKK lideri Qarabağa görə məhkəməyə verildi
Bizi izləyin

Nida.az

PKK lideri Qarabağa görə məhkəməyə verildi

Türkiyənin Giresun Universitetinin Azərbaycan əsilli rektoru professor Aygün Attar Türk Hüquq İnstitutunun başqanı vəkil Ali Çelikkaya ilə birlikdə Ankara məhkəməsinə müraciət edərək HDP başqanı Səlahəddin Dəmirtaş haqda iddia qaldırıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, A. Attar Dəmirtaşın Türkiyə Cinayət Məcəlləsinin 304-cü (Dövlətə qarşı çıxmağa təhrik etmə) və 2016-cı maddələri (Xalqı kin və düşmənliyə təhrik etmə, yaxud aşağılama) ilə məsuliyyətə cəlb olunması tələbini irəli sürür.

A. Attar bildirib ki, S. Dəmirtaş Rusiya təyyarəsinin Suriyada Türkiyə tərəfindən vurulmasından sonra Moskvaya gedərək, XİN rəhbəri Sergey Lavrovla görüşdü: “Mətbuata açıqlamasında Türkiyənin səhv yolda olduğunu ifadə etdi. Bu, Dəmirtaşın xarici dövlət rəsmilərini Türkiyəyə qarşı müharibəyə təhrik etmə təşəbbüsü kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Dağlıq Qarabağda erməni təxribatından sonra yaşanan son hadisələr zamanı Azərbaycanın BMT, Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq qurumlar tərəfindən torpaqlarının azad olunması üçün atdığı addımları “qətliam” adlandırması ifadə azadlığının sərhədlərini aşan və cinayət tərkibi daşıyan sözlərdir”.

A. Attar qeyd edib ki, Dəmirtaş daha öncə Kobanidə baş verən silahlı qarşıdurma haqda “bu olaylar Kobanidə yox, Azərbaycanda olsaydı, siyasi hakimiyyətin mövqeyi necə olacaqdı?” sözlərini işlətməklə, Azərbaycan və Türkiyə xalqı arasına kin və nifrət salmağa cəhd edib. Onun fikrincə, bunlar Dəmirtaşın qanun qarşısında cavab verməyinə kifayət edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm