Nüfuzlu telekanal: “Ermənistan Rusiyanın marionetkasıdır”
Bizi izləyin

Nida.az

Nüfuzlu telekanal: “Ermənistan Rusiyanın marionetkasıdır”

Ukraynanın nüfuzlu “ICTV” televiziya kanalının “Faktı” proqramında Dağlıq Qarabağ münaqişəsi barədə reportaj yayımlanıb.

Publika.az xəbər verir ki, sözügedən reportaj “ICTV”-nin müxbiri Taras Karniyuk tərəfindən hazırlanıb.

Jurnalist T.Karniyuk reportajında Ermənistan dövlətini işğalçı siyasətinə görə sərt tənqid edib.

Ukraynalı jurnalist öz reportajında Ermənistanı Rusiyanın marionetkası adlandırıb və rəsmi İrəvanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunmasını dəstəkləməsi faktını xüsusilə vurğulayıb.

Bununla yanaşı Ermənistanın işğalçı dövlət olması faktı açıq şəkildə çatdırılıb. Və bununla Ukraynada geniş izləyici kütləsinə malik “Faktı” proqramında yayımlanan reportaj vasitəsilə də Ermənistanın yürütdüyü çirkin siyasət qismən də olsa ifşa edilib.

Sözügedən reportaj Ukraynadakı Azərbaycan diasporu təşkilatının rəhbəri, iş adamı Əli Dəmirovun təşəbbüsü və təşkilatçılığı ilə hazırlanaraq Ukrayna ictimaiyyətinə çatdırılıb.

Xatırladaq ki, Ukrayna televiziya tarixində heç zaman Ermənistan bu cür sərt və açıq şəkildə tənqid olunmayıb.

Qeyd edək ki, “ICTV” televiziya kanalının rəhbərliyi yaxın zamanlarda T.Karniyuk daxil olmaqla, respublikamıza çəkiliş qrupunun göndərilməsi barədə qərar qəbul edib. T.Karniyukun Azərbaycanda hazırlayacağı reportajlar respublikamızın haqq mövqeyinin Ukrayna ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli addım sayıla bilər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm