Ermənistan Qarabağda “sülhməramlılar” istəyir - HİYLƏ
Bizi izləyin

Nida.az

Ermənistan Qarabağda “sülhməramlılar” istəyir - HİYLƏ

Ermənistan Dağlıq Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsini istəyir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda iqtidarda olan Respublika Partiyasının Milli Məclisdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.

Onun sözlərinə görə, Ermənistan buna qarşı deyil.

Baqdasaryan sülhməramlı qoşunların tərkibi ilə bağlı (Rusiya, yoxsa ABŞ hərbçiləri) müxtəlif mülahizələr və təkliflərin olduğunu bildirib.

Ermənistan prezidenti Serj Sarkisyan da Almaniyada səfərdə olarkən, “Deutsche Welle” radiosuna müsahibəsində sülhməramlıların yerləşdirilməsi məsələsinə qarşı olmadığını bildirmişdi.

Qeyd edək ki, Ermənistan tərəfi sülhməramlıların Qarabağa yerləşdirilməsi ilə ona sərf edən status-kvonu davam etdirmək niyyətindədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm