Nida.az
Qarabağ münaqişənin həlli üçün ÜÇ VARİANT
“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən vacib
addımlardan biri erməni hərbi birləşmələrinin oradan
çıxarılmasıdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının
qətnamələri də var”.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq
Strateji Araşdırmalar Mərkəzi (USAK) başqanının müavini Kamer Kasım
deyib.
K. Kasım Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç variant irəli
sürür.
Onun sözlərinə görə, birinci variant münaqişənin həlli ilə bağlı
mövcud olan formatın dəyişdirilməsidir: “BMT Təhlükəsizlik
Şurasının qətnamələri işğal olunmuş ərazilərin azad olunmasını
tələb edir. Bu qətnamələrın niyə reallaşdırılmadığı bir daha
gündəmə gətirilməlidir. Münaqişənin həlli üçün yaradılan ATƏT-in
Minsk qrupunun bu günə qədər heç bir nəticəyə nail olmadığını
gördük. Xüsusilə 2008-ci ildə BMT Baş məclisində Azərbaycan
torpaqlarının dərhal azad olunması ilə bağlı qərarına Minsk
qrupunun xeyr deməsi Azərbaycanda təəssüflə qarşılandı. Buna görə
də problemin həlli üçün hər şeydən öncə format dəyişdirilməlidir.
Yəni Minsk qrupundan kənar format yaradılmalıdır. Bu format yenə də
ATƏT çərçivəsində ola bilər. Hazırkı ATƏT sədri də bu məsələdə nəsə
edə bilər”.
K. Kasım münaqişənin həllində ikinci variantın işğalçı Ermənistana
təzyiq etmək olduğunu diqqətə çatdırıb.
“Bilirik ki, Ermənistan hazırda iqtisadi və siyasi olaraq Rusiyanın
nəzarətindədir. Bu ölkə Avrasiya İqtisadi İttifaqının üzvüdür və
Rusiyanın bu ölkədə hərbi bazası var. Rusiya Ermənistana təzyiq
edərsə, o Dağlıq Qarabağda işğala son qoya bilər. Rusiyanı buna
inandırmaq lazımdır. Bu məsələni də böyük dövlət edə bilər”, - deyə
o qeyd edib.
Türkiyəli politoloqun fikrincə, üçüncü variant Azərbaycanın hərbi
gücüdür: “Atəşkəsin son dövrlər pozulması nəticəsində Azərbaycan
Ordusu öz gücünü göstərdi və işğal olunmuş ərazilərin müəyyən
qismini azad etdi. Hazırda Azərbaycan cəbhə zonasında daha üstün
mövqedədir. Son hadisələrdə biz Rusiyanın Ermənistanın arxasında
dayanmadığını gördük. Hazırki nəticələrə görə, Azərbaycan Silahlı
Qüvvələri Ermənistanla müqayisədə yetərincə güclüdür. Yəni,
Azərbaycan “mən problemi hərbi yolla həll edəcəm” deyərsə, bu gün
həll edə biləcək gücdədir”.
Asif Nərimanlı
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər