Brüsseldə erməni səfirliyinin qarşısında aksiya keçirilib - Foto
Bizi izləyin

Nida.az

Brüsseldə erməni səfirliyinin qarşısında aksiya keçirilib - Foto

Bu gün Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi, Azərbaycanın dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq Brüsseldə aksiya keçiriblər.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, icazəli etiraz aksiyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisinin təşkilatçılığı, Azərbaycan-Belçika Dostluğu Cəmiyyəti və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub.

Brüsselin tarixi “Square de Meeus” parkında toplaşan etirazçılar Azərbaycan bayraqlarını dalğalandırıblar, transparantlar qaldırıblar və “Sarqsyan – təxribatçı”, “Mülki vətəndaşları hədəfə almağı dayandırın”, “BMT qətnamələrinə riayət edin – erməni qoşunlarını çıxarın”, “Dağlıq Qarabağın qanunsuz işğalını dayandırın”, “Biz Qarabağıq”, “Biz Xocalıyıq” şüarları səsləndiriblər. Etiraz aksiyası Ermənistan səfirliyi qarşısında başa çatıb.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Demirçi tədbirdə çıxış edib. O bildirib ki, bu tədbir Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində görünməmiş səviyyədə zorakılığın baş verməsinə, bunun nəticəsində onlarla Azərbaycan hərbçisinin və mülki vətəndaşların ölümünə etirazdır.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt bu problemə toxunaraq bunları deyib: “Mən Dağlıq Qarabağda baş verən zorakılıqlarla bağlı hesabatlardan çox narahatam və insanların həlak olmasına görə çox məyusam. Bütün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dərhal çıxarılmalıdır”. Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Federika Mogerini isə təmas xətti boyunca ağır döyüşlərin getdiyi haqqında məlumatların dərin narahatlıq doğurduğunu bəyan edib. O qeyd edib ki, Avropa İttifaqı insan ölümlərinə, xüsusilə mülki əhali arasında ölüm hallarına görə təəssüflənir.

BMT Təhlükəsizlik Şurasının artıq 22 ildir qəbul etdiyi, lakin icra olunmayan qətnamələri yerinə yetirilənədək Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bunun vaxtı artıq gəlib çatıb. Bu qətnamələr Ermənistan silahlı qüvvələrindən Azərbaycan ərazilərini tərk etməyi və işğalın qurbanı olan 1 milyona yaxın qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq imkanı yaratmağı tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm