• USD 1,7000 0,00% EUR 1,9967 -0,29%
    • GBP 2,2236 -1,47% RUB 0,0256 0,00%

Brayza: “Moskva Azərbaycan və Ermənistanı Vaşinqtondan uzaqlaşdırır”

Brayza: “Moskva Azərbaycan və Ermənistanı Vaşinqtondan uzaqlaşdırır”

“Baş verənlər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda müharibə riskini artırdı. Qərb liderləri zorakılığa son qoymağa çağırış etdi. Onlardan fərqli olaraq Vladimir Putin tərəfləri sakitləşdirərək, Rusiyanın beynəlxalq reputasiyası üçün həlledici addımlar atdı”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzə deyib.

Dağlıq Qarabağ münaqişəsinin yaranması, Azərbaycan torpaqlarının işğalı və azərbaycanlıların etnik təmizlənməyə məruz qalmasını xatırladan keçmiş diplomat qeyd edir ki, 1994-cü ildə imzalanan atəşkəs sazişinə qədər Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonunu zəbt etdi.

“Mən 2006-2009-cu illərdə Minsk qrupunda həmsədr olaraq çalışdım. Rusiyalı həmkarım Yuri Merzlyakov həmişə konstruktiv idi. Xarici işlər naziri Sergey Lavrov da müəyyən qədər konstruktiv mövqeyə sahib idi. 2009-cu ildə prezident Dmitri Medvedyev münaqişənin həllinə böyük təkan verdi. Halbuki 2008-ci ildə Rusiya və ABŞ Gürcüstana görə üz-üzə gəlmişdi. Bizim Dağlıq Qarabağla bağlı əməkdaşlığımız Gürcüstan üzərindəki düşmənçiliyimiz qədər gərgin idi. Amma bütün bunlara baxmayaraq biz əməkdaşlıq edirdik. Mən bu tarix fonunda son günlər Moskva və Vaşinqtonun Dağlıq Qarabağ məsələsində əməkdaşlıq etməməsinə təəccüblənirəm. Minsk qrupu çərçivəsində birgə hərəkət etmək əvəzində, prezident Putin təkbaşına fəaliyyət göstərir”, - deyə keçmiş həmsədr bildirib.

M. Brayzə hesab edir ki, Qarabağdakı hərbi toqquşma münaqişə tərəflərinə xeyir vermir: “Belə görünür ki, tərəflər məsələnin daha çox sülh yolu ilə həllinə tərəfdardır. Lakin xarici faktorlar münaqişənin alovlanmasına zəmin yarada bilər. Burada 2008-ci ildə Gürcüstan müharibəsi yada düşür. Hansı ki, Rusiya Gürcüstanda müharibə etməmişdən öncə dünya liderlərinin diqqətinin Pekin Olimpiya Oyunlarına yönəlməsindən istifadə etdi. Yaxud 2014-cü ildə Ukraynaya müdaxilədən öncə Moskva dünyanın diqqətini Soçi Olimpiya Oyunları ilə yayındırmağı bacardı”.

M. Brayzə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsini rədd etmək ABŞ üçün həddindən artıq təhlükəlidir.

“Ağ Ev baş verənlərlə bağlı rəsmi bəyanat verməyə ehtiyac görmədi. Dövlət Departamentinin münasibəti də qısa oldu. Həmçinin, Con Kerri ilə Lavrov telefon danışığı apardı. Bundan fərqli olaraq, Vladimir Putin İlham Əliyev və Serj Sarkisyanla məsləhətləşmələr apardı. Rusiya xarici işlər və müdafiə nazirləri Bakıda və İrəvanda həmkarları ilə fəal iş apardı. Nəticədə 5 aprel atəşkəsində Rusiya vasitəçi rol oynadı. Bu addımlar Vladimir Putinə iki tərəfdən fayda verir. Əvvəla Rusiya Ukraynada pisləşən beynəlxalq reputasiyasını bərpa edir. Digər tərəfdən, Azərbaycan və Ermənistan liderlərinə münaqişədə əsas güc olduğunu göstərir. Kreml Türkiyə, İran, Orta Asiya və Xəzər regionunu birləşdirən regionda hakim mövqeyini gücləndirir. Rusiya hazırda İran və Azərbaycanla üçbucaq yaratmaq istəyir. Digər tərəfdən, Ermənistanla daxili pasportlar hesabına gediş-gəliş məsələsinin reallaşması istiqamətində addımlar atır. Bununla Moskva Azərbaycanı, eləcə də Ermənistanı Vaşinqtondan uzaqlaşdırmaq niyyətindədir”, - deyə keçmiş diplomat diqqətə çatdırıb.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>