Kremlin “ağır topu”: “Qarabağda balans formalaşdırırıq...”
Bizi izləyin

Nida.az

Kremlin “ağır topu”: “Qarabağda balans formalaşdırırıq...”

“Ermənistan və Azərbaycana silah satmağımız regionda balans formalaşdırmaq məqsədi daşıyır”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin hərbi sənaye üzrə müavini, Kremlin “ağır topu” adını almış Dmitri Roqozin “Exo Moskva” radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, silahların verilməsi ilə yaradılan balans ciddi müharibənin inkişafını saxlayır: “Biz Azərbaycan və Ermənistanla hərbi-texniki partnyorluğu davam etdirməsək, regionda müharibə alovlanacaq”.

Roqozin qeyd edib ki, Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsindən sonra Rusiyanın silah satması haqda şikayətlər artıb: “Təsəvvür edək ki, biz onlarla hərbi-texniki əməkdaşlığı dayandırdıq. O zaman amerikalılar və NATO eyni işi həyata keçirəcək. Baş verənlər dondurulmuş münaqişənin həll etməyin vacibliyini daha aydın ifadə etdi. Hesab edirəm ki, sülh prosesinə qayıtmaq lazımdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm