• USD 1,7000 0,00% EUR 2,0024 0,00%
    • GBP 2,2562 0,00% RUB 0,0256 0,00%

Ermənilər məğlubiyyətlərini belə ört-basdır edirlər – DEPUTAT

  • Nida.az
  • 12 Aprel 2016 14:22
  • 564 Baxış
Ermənilər məğlubiyyətlərini belə ört-basdır edirlər – DEPUTAT

“Dağlıq Qarabağda yerləşən separatçı rejimi dünyada heç kəs tanımır. Hamı anlayır ki, “Dağlıq Qarabağ Respublikası” müvəqqəti olan bir təşkilatdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Deputat bildirib ki, cəbhədəki son hərbi əməliyyatlar zamanı da Qarabağda vuruşan məhz Ermənistan ordusu idi: “Bu gün Qarabağda heç bir “Qarabağ ordusu” deyilən qüvvələr yoxdur. Orada Azərbaycanla müharibə aparan Ermənistandır. Onların maliyyəsi, qanunları, avtomobil nömrələri belə Ermənistana məxsusdur. Yəni, bu münaqişənin həlli istiqamətində aparılan danışıqlarda Dağlıq Qarabağdakı separatçı rejimin tərəf kimi iştirakı heç cür mümkün deyil. Sadəcə olaraq, bu, ermənilərin növbəti xəyalları, arzularıdır. Buna isə əhəmiyyət vermək lazım deyil. Onsuz da dünyada heç kəs bunlara qulaq asan deyil. Heç Ermənistanın gücü belə yoxdur ki, separatı rejimi danışıqlarda tərəf kimi iştirak etdirsin”.

R.Musabəyov qeyd edib ki, Azərbaycan öz hüquqlarından istifadə edib gec-tez öz torpaqlarını işğaldan azad edəcək.

Ermənilərin Dağlıq Qarabağa sülhməramlı qüvvələrin yerləşdirəcəyi barədə yaydıqları məlumatlara da toxunan R.Musabəyov qeyd edib ki, bu cür söhbətlər onların növbəti cəfəngiyatıdır: “Onsuz da ATƏT-in Minsk qrupunun həmsədrləri də deyib ki, Azərbaycan torpaqları azad olunandan sonra bura sülhməramlı qüvvələr gətirilə bilər. Ancaq bunun da qaydaları var. Hələ Budapeşt sammitində müəyyən edilib ki, gələcəkdə Dağlıq Qarabağda təkcə Rusiyanın deyil, digər həmsədr ölkələrin də sülhməramlıları ola bilər. Eyni zamanda heç bir ölkə Qarabağa 30 faizdən artıq sülhməramlı qüvvə göndərə bilməz. Minsk həmsədrləri bəyan etmişdi ki, Dağlıq Qarabağa sülhməramlı qüvvələr gətirildiyi halda, bu, ATƏT və ya BMT-nin bayrağı altında hərəkət edəcək. Yəni, hətta Azərbaycan könüllü şəkildə razılıq versə ki, Qarabağa sülhməramlı qoşun yeridilsin, bu, bu təkcə Rusiya qüvvələri olmayacaq. Ona görə də ermənilərin bu cür cəfəng fikirlərinə əhəmiyyət vermək lazım deyil. İndi ermənilər yenə də vurnuxurlar, öz acizliklərini, məğlubiyyətlərini bu cür ört-basdır etməyə çalışırlar. Azərbaycan haqqında ağıllarına gələn uydurma və yalanları danışırlar”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>