• USD 1,7000 0,00% EUR 1,9967 -0,29%
    • GBP 2,2236 -1,47% RUB 0,0256 0,00%

Niyaməddin Orduxanlı: “Əli Kərimlinin bəyanatı ermənilərin xeyrinə olmasaydı...”

  • Nida.az
  • 12 Aprel 2016 16:30
  • 754 Baxış
Niyaməddin Orduxanlı: “Əli Kərimlinin bəyanatı ermənilərin xeyrinə olmasaydı...”

Cəbhə xəttində gedən dörd günlük hərbi əməliyyatlardan sonra müxalifətin radikal düşərgəsinin ənənəvi təxribatçı mövqe nümayiş etdirməsi cəmiyyətdə ciddi etiraz doğurub. Cəmiyyətin müxtəlif təbəqələri, eləcə də siyasi təşkilat və qurumlar radikalların, xüsusilə Əli Kərimlinin belə bir mövqe nümayiş etdirməsini kəskin tənqid ediblər.

Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının bununla bağlı mətbuata müsahibəsini təqdim edib.


- Niyaməddin bəy, ənənəvi olaraq radikal düşərgə, xüsusilə də Əli Kərimli yenə də dövlətçilik əleyhinə mövqeyi ilə seçildi və təmas xəttində gedən döyüşlərlə bağlı milli maraqlara zidd açıqlamalarla çıxış etdi. Sizcə, Əli Kərimlini buna vadar, təhrik edən nədir?

- Radikal siyasi düşərgədən yalnız Əli Kərimlinin mövqeyi milli maraqların əleyhinə oldu. Bu adam ilk öncə Qarabağda gedən döyüşlərin doğru olduğunu bəyan etdi. Ölkənin siyasi rəhbərliyində olan şəxslərin xalqa yönəlik çıxışlarında “Qarabağda gedən döyüşləri iqtidarlı-müxalifətli, bütün xalq dəstəkləyir” bəyanatından dərhal sonra Əli Kərimli verdiyi bəyanatın tam əleyhinə danışmağa başladı. Acıq şəkildə göründü ki, Azərbaycanın milli maraqlarının əleyhinə olan və həmin ərəfədə Azərbaycan ordusunun Qarabağda apardığı uğurlu əməliyyatları istəməyən bəzi beynəlxalq təşkilatlar hərəkətə keçiblər. Söhbət erməni diasporuna yaxın olan və onlara xidmət edən təşkilatlardan gedir. Əli Kərimlinin verdiyi bəyanat dərhal Ermənistan mətbuatının bir nömrəli xəbərinə çevrildi. Əli Kərimlini bütün Ermənistan qəzetləri, agentlikləri, saytları və sosial şəbəkələri tirajlamağa, yaymağa başladı. Bu təsadüf idimi? Xeyr! Sanki bir mərkəzdən idarə olunmuş prosesi idi. Əli Kərimli bilmirdi ki, onun verdiyi bəyanatları düşmən mediası yaya bilər? Çox yaxşı bilirdi. Özünüz fikirləşin, Əli Kərimlinin verdiyi bəyanatlar əgər düşmənimiz erməniyə və onun milli maraqlarına xidmət etməsəydi, ermənilər onu öz mediasında yayardı? Onun xəbərini ölkənin 1 nömrəli xəbəri edərdi? Əlbəttə ki, yox! Elə bu arqument Əli Kərimlinin ermənilərə xidmət etdiyini başa düşməyə kifayət edir.


- Əli Kərimlinin hakimiyyət əleyhinə verdiyi açıqlamaların erməni saytlarının manşetinə çevrilməsi onu deməyə əsas verirmi ki, Əli Kərimli erməni lobbisinin maraqlarına xidmət edir?

- Əli Kərimli elə bir adamdır ki, öz şəxsi maraqları üçün düşmənə də xidmət edər. Tam razıyam ki, bu dəfə Əli Kərimli ermənilərə xidmət etdi. Bu günə kimi, uzun illər ərzində öz liderinə, dostlarına, silahdaşlarına xəyanət edən Əli Kərimli bu dəfə Vətəninə xəyanət etmiş oldu! Şəxsən mən bunu ondan gözləyirdim


- Bu arada gənclərin Əli Kərimlinin əleyhinə keçirdiyi aksiyaları necə dəyərləndirirsiniz?

- Çox müsbət. Və mən eşidəndə ki, bir qrup gənc Əli Kərimlinin ermənilərin maraqlarına uyğun verdiyi bəyanatına etiraz olaraq aksiya keçirmək istəyir, həmin aksiyada iştirak etmək qərarını verdim. Bilirsiniz ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı var. Bütün inkişaf etmiş ölkələrdə də bu prosesin şahidi oluruq. Hətta İngiltərə rəsmilərinin evi qarşısında aksiya keçirilir. Avropanın ən inkişaf etmiş ölkələrində bu faktla qarşılaşırıq. Normal bir aksiya oldu. Və mən gənclərlə birlikdə həmin aksiyada iştirak edib, çıxış da etdim. Aksiyadakı çıxışımda Əli Kərimliyə dedim ki, sən xarakter etibarilə çox qorxaq adamsan. İndi özünü qəhrəman sayırsan? Yadına mərhum prezident Elçıbəyin söylədiyi fikirləri saldım. Elçibəy deyirdi ki, insanlar yaşlaşdıqca müdrikləşir. Əli Kərimli isə 70 yaşına çatsa da, uşaq ağlında qalacaq. Hakimiyyət ehtirası ilə alışıb yanan bu uşaq bu gün xalqı üz-üzə qoymaq istəyir. Uğurlu hərbi əməliyyatların davamı diplomatiya olmalıdır. Bu münaqişə beynəlxalq xarakter aldığından biz irimiqyaslı müharibəyə başlamaq üçün ən azı böyük güclərin, o cümlədən Ermənistanın müttəfiqlərinin neytrallığını təmin etməliyik. Mayası satqınlıqdan yoğrulmuş bu adam indi böyük müharibədən danışır, özünü qəhrəman kimi göstərmək istəyir. Amma 1993-cü ildə Surətin 60-70 nəfər qulduru Gəncədən Bakıya doğru gələrkən özü kimilərlə birlikdə Ali Baş Komandana xəyanət etmişdi. Tam əminliklə deyirəm ki, bu cür qorxaq adam müharibə tərəfdarı ola bilməz. Onu bu gün də hansısa xarici güc danışdırır.

O son bəyanatları ilə milli birliyi pozmağa çalışır. Bununla da düşmənə xidmət edir. Bu gün bütün erməni mediası Əli Kərimliyə istinad edir. Bütün erməni mediasının səhifələrində yayımlanır. Onun fikirlərilə Azərbaycanın əleyhinə beynəlxalq kampaniya aparırlar. Şəxsən mən buna təəccüblənmədim. Onun köçüb Ermənistanda yaşamasını da təbii qarşılayaram. Bütün fəaliyyətini Azərbaycanı sevməyən və milli maraqların əleyhinə fəaliyyət göstərən təşkilatların, dövlətlərin maraqlarına həsr edib. Ar olsun bu cür satqınlara! Bütün Azərbaycanın və dünyanın sürüşkən və satqın kimi tanıdığı bu adam hakimiyyətə gəlmək üçün prezident seçkiləri zamanı Rusiyanın adamını Mili Şura sədri seçib, xarici siyasət kursumuzun referendumla müəyyənləşəcəyinə səs vermişdi . Bu adamların seçkidə Putinə müraciəti də yaddan çıxmayıb.


- Ancaq cəbhəçilər, eləcə də Gültəkin Hacıbəyli hesab edir ki, Əli Kərimliyə qarşı hücumlar, təzyiqlərin sifarişi Rusiyadan gəlir. Bu nə dərəcədə doğru yanaşmadır?

- Gültəkin Hacıbəyli çox yaxşı bilir ki, Rusiyanın layihələrində özü, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Eldar Namazov və digərləri iştirak edib. Burada deyirlər ki, adımı sənə qoyum, səni də yana-yana qoyum. Gültəkin Hacibəylidən soruşun ki, prezident seçkilərində Rusiyanın rəhbəri Putinə şanlı məktub yazan sizlər idiniz, yoxsa bu gənclər? Siz deyildiniz, “Putinə böyük demokrat” yazan?! Ayıbdır. Özü də çox ayıb. Hakimiyyətdə olanda bütün günü İlham Əliyevin təbliğatı ilə məşğul olan və onun vəkili olmağından “qürur” keçirən, indi yanında oturduğu insanları “bədbəxt və savadsız” adlandıran şəxsin adı Gültəkin Hacıbəylidir, Niyaməddin Orduxanlı deyil. Onun hakimiyyətdə olduğu vaxt qapı- qapı düşüb bələdiyyələrdən necə və hansı yollarla torpaq aldığının canlı şahidlərindən biriyəm. Ona mənim bələdiyyə otağımdakı günü xatırladın, yaxşı biləcək nə deyirəm.


- Ümumiyyətlə, belə bir həssas məqamlarda dövlətçilik əleyhinə çalışan bu kimi insanların cinayət məsuliyyətinə cəlb edilməsi, onların ölkədən kənarlaşdırılması doğru olmazmı?

- Kimliyində asılı olmayaraq dövlətçilik əleyhinə çıxan və fəaliyyət göstərən şəxsə hüquq müstəvisində də qiymət verilməlidir. Vətən xainini hansı hüquqi dövlətdə bağışlayarlar? Vətəni satan insan özü layiqli cəzasını almalıdır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>