Türkiyənin nüfuzlu iş adamından Azərbaycana DƏSTƏK
Bizi izləyin

Nida.az

Türkiyənin nüfuzlu iş adamından Azərbaycana DƏSTƏK

Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi Sedat Pekər Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini pisləyib.

Publika.az xəbər verir ki, Sedat Pekər özünün sosial şəbəkədəki səhifəsində Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasına çağırış edib: “Artıq dünyada hər kəs Ermənistanın qardaş Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini görür. Ermənistanın işğalçılığı ilə bağlı Ağ Ev Administrasiyasının internet səhifəsində “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya yaradılıb. Qardaş ölkə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması naminə mən buradan səsimi verdim. Ədalət istəyən, işğalçılığı pisləyən bütün şəxsləri də bu kampaniyada iştirak etməyə və səs verməyə çağırıram. Bu gün qardaş Azərbaycan haqsız erməni işğalına məruz qalıb. Səs verin ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları azad olunsun və bölgədəki insan fəlakətinin qarşısı alınsın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm