
“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əlaqələndirici qrup yaradılmalıdır”.
Publika.az xəbər verir ki, bu təklifi Türkiyə
xarici işlər naziri Mövlud Çavuşoğlu İƏT-ə üz ölkələrinin XİN
rəhbərlərinin İstanbulda keçirilən toplantısında çıxışı zamanı
irəli sürüb.
Türkiyəli nazirin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin BMT
Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həlli üçün belə
bir qrupa ehtiyac var.
“Münaqişəni BMT TŞ-nin qətnamələri əsasında Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində mümkün qədər tez həll etmək lazımdır.
Bununla bağlı İƏT tərəfindən təşəbbüs irəli sürülməlidir. Hesab
edirəm ki, İƏT-də Dağlıq Qarabağ münaqişəsi üzrə əlaqələndirici
qrupun yaradılması çox əhəmiyyətli olacaq”, - deyə o bildirib.
Asif Nərimanlı