Neft və Sənaye Universitetində AVCİYA-nın petisiya layihəsi müzakirə olundu
Bizi izləyin

Nida.az

Neft və Sənaye Universitetində AVCİYA-nın petisiya layihəsi müzakirə olundu

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət ünvanlanıb (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe).

Publika.az xəbər verir ki, bu gün layihə ilə bağlı Azərbaycan Neft və Sənaye Universitetində tədbir keçirilib. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru Rafiq Camalov açıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. AVCİYA-nın nümayəndəsi, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev petisiya layihəsi ilə bağlı tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

R.Sevdimalıyev qeyd edib ki, petisiya layihəsinin imzalanması üçün 100 min nəfərin səsi tələb olunur. O, gəncləri səsvermə prosesində fəal olmağa çağırıb.

Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirilib və Ağ Ev Administrasiyasının saytında sənədə səsvermə qaydaları barədə AVCİYA-nın nümayəndəsi Rauf Məmmədov məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm