Qarabağ məsələsində əksər ölkələr Bakını dəstəkləyir - “The Washington Review”
Bizi izləyin

Nida.az

Qarabağ məsələsində əksər ölkələr Bakını dəstəkləyir - “The Washington Review”

“Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin süqutu ilə başladı. Əraziləri qeyri-qanuni zəbt olunması ilə müşahidə olunan münaqişədə 30 mindən çox insan həlak oldu. 1994-cü ildə atəşkəs bağlandı. Atəşkəsdən sonra bir neçə dəfə ciddi toqquşmalar yaşandı. 2000-ci illərə qədər münaqişədə güc balansı eyni idi. Lakin Azərbaycanın öz ordusunu gücləndirmək istiqamətində atdığı addımlar balansı Bakının xeyrinə dəyişdi”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Review” nəşri yazıb.

Məqalədə bildirilir ki, Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirlər hesabında ordunu ən müasir silahlarla təchiz edib: “Hətta neftin qiymətinin aşağı düşməsi də orduya ayrılan vəsaitə ciddi təsir etməyib”.

Qarabağda son toqquşmalara toxunan nəşr problemdə Rusiya faktorunu xüsusi qabardır. Lakin onu da qeyd edir ki, artıq əksər ölkə bu məsələdə Azərbaycanı dəstəkləyir.

“Türkiyə, Pakistan, İsrail, Ukrayna, Almaniya, ATƏT və Qərb ölkələri rəsmi Bakını dəstəkləyirlər. Rəsmi Bakı münaqişənin həllində bu dəstəkdən lazımınca yararlanır. Görünən odur ki, post-sovet məkanında digər münaqişələrlə müqayisədə Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil. Bu, münaqişəyə əlavə diqqəti cəlb edir”, - deyə məqalədə bildirilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm