Nida.az
“Stratfor”un analitiki: “Qarabağda rus əsgərinin yerləşdirilməsi mümkün deyil” – MÜSAHİBƏ
ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor”
mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Yevgeni Çausovski
Rusiya və Qərb mediasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi
ətrafında yaranmış vəziyyəti şərh edib.
Publika.az həmin müsahibəni ixtisarla təqdim edir.
- Qarabağda gərginliyin artmasının səbəbi
nədir?
- Burada bir çox amil var. Azərbaycan mövcud status-kvonu qəbul
etmir. Lakin baş verənlər daha çox geosiyasi amillərə dayanır.
Hansı ki, Suriyada Rusiya-Türkiyə qarşıdurması yaşandı, həmçinin,
Rusiya və Qərb arasında münasibətlər gərgindir. Bütün bunlar
Qarabağda vəziyyətin kəskinləşməsinə təsir edə bilər. Kəskinləşmə
əlbəttə vaxtaşırı baş verir, amma son kəskinləşmə çox ciddi idi.
Lakin bu vəziyyət münaqişənin beynəlxalq arenaya daşınması və
Azərbaycanın status-kvonu dəyişdirməklə bağlı mövqeyi baxımından
sərfəlidir.
- Azərbaycan bu situasiyadan siyasi olaraq istifadə edə
bilərmi?
- Bəli. Lakin hər şey diplomatik proseslərin gedişindən də
asılıdır. Azərbaycan status-kvonu dəyişdirmək üçün danışıqlar
masasına Rusiyanı, Türkiyəni və Qərbi gətirməyə çalışır.
- Bundan sonra genişmiqyaslı hərbi toqquşmalar
mümkündürmü?
- Mən yaxın gələcəkdə müharibə perspektivlərini görmürəm. Digər
tərəfdən, yaxın dövrdə münaqişənin həll ediləcəyini də düşünmürəm.
Qarabağda idarə olunan münaqişə qalmaqda davam edir. Genişmiqyaslı
müharibə Rusiyanın maraqlarına uyğun deyil. Əksinə, idarəolunan
münaqişə onun maraqlarına xidmət edir.
Rusiya Qafqazda əsas oyunçu olaraq qalmaq istəyir. Moskva digər
oyunçuların – Türkiyə, yaxud Birləşmiş Ştatların regionda
güclənməsinə qarşıdır.
- Son günlər Qarabağa Rusiya sülhməramlılarının
yerləşdirilməsi məsələsi gündəmə gəlib. Hansı ki, Ermənistan buna
qarşı olmadığını deyir. Bu mümkündürmü?
- Bu məsələ əvvəllər də müzakirə olunurdu və bu gün yenidən gündəmə
gəlib. Lakin mən hesab etmirəm ki, Rusiya sülhməramlıları Qarabağa
girə bilərlər. Bunu yalnız o zaman ehtimal etmək olar ki, vəziyyət
daha da pis olsun. Hələlik bu haqda danışmaq tezdir.
- Atəşkəsə nəzarət mexanizminin tətbiq olunması
mümkündürmü?
- Bu məsələni Azərbaycan qəbul etmir və onun öz səbəbləri var. Eyni
zamanda, Rusiya da bunu qəbul etmir. Çünki Moskva hesab edir ki,
bu, Qərbin münaqişədə hakim mövqeyə malik olması ilə
nəticələnəcək.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...