• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Elxan Süleymanov: “Bu, Azərbaycanın növbəti qələbəsidir”

  • Nida.az
  • 13 Aprel 2016 14:52
  • 534 Baxış
Elxan Süleymanov: “Bu, Azərbaycanın növbəti qələbəsidir”

“Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan petisiyada imzaların sayı 100 mini keçib”.

Publika.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşü zamanı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanov deyib.

Deputat bütün bunların Azərbaycanın növbəti qələbəsi olduğunu qeyd edib. E.Süleymanov Dövlət İdarəçilik Akademiyası tələbələrini də petisiyada iştirak etməyə çağırıb: “Bu, bizim üçün böyük uğurdur. Bizim çağırışımıza qoşulan, dəstək olan bütün həmvətənlərimə təşəkkürümü bildirirəm. Dövlət İdarəçilik Akademiyası Azərbaycanın ictimai-siyasi idarəçiliyində öz yeri olan əhəmiyyətli təhsil olacaqlarından biridir. Bu akademiyada təhsil alan hər kəsi fəal olmağa, səsimizə səs verməyə çağırıram. Bu səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər”.

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsi çərçivəsində millət vəkili Elxan Süleymanov bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb.

Xatırladaq ki, petisiyada səsvermə mayın 6-dək davam edəcək.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>