Elxan Süleymanov: “O, Azərbaycanın qatı düşmənidir”
Bizi izləyin

Nida.az

Elxan Süleymanov: “O, Azərbaycanın qatı düşmənidir”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanov Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerininin səsləndirdiyi “Avropa İttifaqı Dağlıq Qarabağdakı status-kvo ilə razılaşa bilməz” fikirlərini şərh edib.

E.Süleymanov Publika.az-a açıqlamasında deyib ki, bu cür bəyanatlar ilk baxışdan ümidverici görünsə də, ancaq nəticə etibarı ilə burada Azərbaycana qarşı qərəz nümayiş olunur: “Mən 5 ilə yaxın Avropa Parlamentinin bir qolu olan Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşam. Çox inad və cəsarətlə deyirəm ki, bu gün beynəlxalq təşkilatların verdikləri hər hansı bəyanat və qərarların icra ediləcəyinə inanmıram. Əgər sabah həmin Avropa Parlamentinə sifariş gələrsə və təzyiq göstərilərsə, onlar dərhal mövqelərini dəyişəcəklər. Ona görə də Avropa İttifaqının və digər beynəlxalq təşkilatların bu cür bəyanatlarını ciddi saymıram, inanmıram və bunun icra olunacağına heç bir ümidim yoxdur. Necə ki, iki ay öncə Avropa Şurasında qəbul edilən qətnaməyə qarşı bu gün Azərbaycanın qatı düşməni olan Avropa Şurası Parlament Assambleyasının baş katibi Voytsex Savitski tərəfindən artıq aprelin 18-də “Dağlıq Qarabağ münaqişəsi nəticəsində yenidən alovlanan müharibə” mövzusunda debat təyin edilib”.

E.Süleymanov bildirib ki, debatın adındakı “münaqişə” sözü Azərbaycana qarşı növbəti qərəzli mövqedir: “Dağlıq Qarabağ münaqişə deyil və bütün KİV nümayəndələrinə də səslənirəm ki, bunu münaqişə adlandırmayıb. Dağlıq Qarabağ Ermənistanın zorla işğal etdiyi Azərbaycan torpağıdır. Biz gözləyirik ki, Avropa Parlamentində həmin hadisələr daha da kəskin olsun. Çünki orada da Avropa Parlamentinin prezidenti Martin Şults Azərbaycanın daha qatı düşmənidir. Mən ona dəfələrlə müraciət etmişəm, onun mənə verdiyi sənədlər var. Martin Şults dəfələrlə etdiyim müraciətlərimə yazır ki, bu mürəkkəb problemi Ermənistan və Azərbaycan özü həll etməlidir. Yəni, Avropa və ATƏT parlament assambleyaları, Avropa Şurası və BMT Baş Katibliyi Dağlıq Qarabağ problemini həll etməkdə maraqlı deyillər. Onlar mütəmadi olaraq bizə vaxt uzadan və çaşdırıcı cavablar verirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm