Vaşinqtondakı səfirimizdən Qarabağ açıqlaması: “Ağ Ev müdaxilə etməsə...”
Bizi izləyin

Nida.az

Vaşinqtondakı səfirimizdən Qarabağ açıqlaması: “Ağ Ev müdaxilə etməsə...”

“ABŞ Dağlıq Qarabağ regionunda qeyri-sabitliyin qarşısının alınması üçün daha çox səy göstərməlidir. Əks təqdirdə münaqişəyə Türkiyə və Rusiya cəlb olunacaq. Bu isə ciddi toqquşmalara gətirib çıxara bilər”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Washington Times” nəşrinə müsahibəsində deyib.

Səfir Qarabağda baş verən döyüşlərin nə qədər təhlükəli olduğuna diqqət çəkir: “Əgər nəzarət itiriləcəksə, onda vəziyyət daha təhlükəli ola bilər. Obama administrasiyası son dövrlər Azərbaycanla daha sıx əməkdaşlıq edərək, regionda artan Rusiya təsirinin tarazlaşdırılması tendensiyasını nümayiş etdirir. Lakin regionda təhlükəsizliyin tam təmin olunması üçün ABŞ-ın böyük diqqəti lazımdır. Amma Obama administrasiyası aprelin əvvəlində baş verən toqquşmalardan sonra Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərə real təsiri göstərmək şansını qaçırtdı”.

E. Süleymanov müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin vəziyyətdən istifadə edərək, özünü sülh yaradan kimi təqdim etdi və Dağlıq Qarabağda sülhü bərpa etmək üçün Azərbaycan və Ermənistan hərbi məmurlarını görüşdürdü.

“Dağlıq Qarabağ münaqişəsinin dalandan çıxarılması post-sovet məkanında digər “dondurulmuş” münaqişələrə - Gürcüstan, Moldova, hətta Ukraynadakı münaqişələrə də müsbət təsir edə bilər. Çünki bu münaqişələrin hər biri ərazi bütövlüyünün pozulması ilə nəticələnib”, - deyə səfir diqqətə çatdırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm