Ermənistan iqtidarı parçalanır
Bizi izləyin

Nida.az

Ermənistan iqtidarı parçalanır

Ermənistanın baş naziri Ovik Abramyan ilə sabiq baş nazir, hazırda bu ölkənin Avrasiya İqtisadi İttifaqındakı nümayəndəsi Tiqran Sarkisyan arasında mövcud olan qarşıdurma pik həddə çatıb.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, baş naziri Ovik Abramyan Tiqran Sarkisyan haqqında Ermənistan mətbuatında sifarişi yazılar yazdırır.

Erməni mediası yazır ki, “siçovul” ləqəbi ilə tanınan Ovik Abramyan öz sələfi Tiqran Sarkisyanı gözdən salmağa, qaralamağa çalışır: “Son günlər bir sıra mətbuat orqanlarında Tiqran Sarkisyanın Qərbin adamı olması və onun Avrasiya İttifaqında təmsil olunmasının paradoksluğu barədə xəbərlər tirajlanır. Ancaq heç kəsə sirr deyil ki, bütün bu məlumatların sifarişçisi Ovik Abramyandır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm