Moskvada erməniləri susduran Fuad Abbasov müraciət yaydı
Bizi izləyin

Nida.az

Moskvada erməniləri susduran Fuad Abbasov müraciət yaydı

Moskvada yaşayan azərbaycanlı jurnalist, bir neçə gün öncə Türkiyənin “İhlas” xəbər agentliyinin xüsusi müxbiri vəzifəsindən uzaqlaşdırılan Fuad Abbasov müraciət yayıb.

Publika.az xəbər verir ki, F. Abbasov “facebook” səhifəsində həmvətənlərinə, eləcə də Türkiyə, Rusiya və digər ölkələrdəki dostlarına müraciətində işdən çıxarılmasından sonra ona dəstək verənlərin sayının minlərlə olduğunu bildirib: “Dünən paylaşdığım son statusuma minlərlə insanın rəy bildirməsi məni çox sevindirdi. Həm Rusiyadan, həm Türkiyədən, həm də Vətənim Azərbaycandan və dünyanın bir çox ölkəsindən çox sayda şəxsi mesaj almağım qürurverici bir hal oldu. Təəssüf ki, sayı 800-ə yaxın olan rəylərin və 300-dən çox özəl mesajların hamısına vaxtında cavab yaza bilmirəm. Ancaq inanın ki, hər birinizin rəyi və mesajları mənim üçün çox dəyərlidir. Yazmış olduğunuz isti sözlərə görə sizlərə öz dərin təşəkkürümü bildirirəm”.

F. Abbasov daha sonra qeyd edib ki, hamımız bir Vətənin övladlarıyıq və nə olursa olsun, ölkəmiz üçün bu çətin günlərdə gücümüzü birləşdirməliyik.

Qeyd edək ki, F. Abbasov Rusiya telerkanallarında Azərbaycan və Türkiyənin mövqeyini müdafiə edən çıxışları ilə tanınıb. O, Qarabağda baş verən son hadisələr haqda teledebatda da təkbaşına həm ruslara, həm də ermənilərə cavab verib. Dünən yaydığı məlumata görə, 1997-ci ildən başlayaraq çalışdığı agentlik tərəfindən ciddi səbəb göstərilmədən işdən uzaqlaşdırılıb.

“Xəbər agentliyinin içində etibar etdiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm