Nida.az
İlham Əliyev Davudoğlunun verdiyi naharda iştirak edib
Aprelin 14-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun adından İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin iştirakçılarının şərəfinə nahar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.
Mərasimdə çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının bu Zirvə görüşünün səmərəli olacağına əminliyini ifadə etdi. Bu Sammitin dünyanın çox mürəkkəb vaxtında keçirildiyini deyən Türkiyə hökumətinin başçısı İslam dünyasının İstanbuldan beynəlxalq aləmə sülh və əməkdaşlıq mesajı verdiyini diqqətə çatdırdı.
“İslam dünyası tarixdə bütün mədəniyyətlərin mərkəzi olub, ən güclü dövlətlər bu məkanda yaranıb”, - deyən Əhməd Davudoğlu ümidvar olduğunu bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatı bu coğrafiyada sülh və sabitliyin bərqərar olmasına yardım edəcək.
Türkiyənin Baş naziri İslamı terrorla eyniləşdirməyə çalışan qüvvələrə qarşı birgə mübarizənin əhəmiyyətini vurğuladı, İslamla bağlı formalaşdırılan mənfi rəylərin aradan qaldırılması, Suriya, İraq və Liviyadan olan qaçqınlara yardımın göstərilməsi, İslam ölkələri arasında yüksək səviyyəli dialoqun baş tutması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, İslam dünyasını parçalamaq təşəbbüslərinə qarşı birgə mübarizə aparılması, İslam dünyasına məxsus bütün işğal edilmiş ərazilərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tezliklə işğaldan azad olunması ilə bağlı ortaq mövqedən çıxış edilməsinin vacibliyini bildirdi.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə yaradılıb və özündə 60-a yaxın İslam dövlətini birləşdirir. BMT ilə sıx əməkdaşlıq edən təşkilatda bəzi ölkələrin müsəlman icmaları birləşib. Bir sıra beynəlxalq təşkilatların nümayəndələri də İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdirlər.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO