“Ermənistanı Qarabağı qaytarmağa məcbur edin”
Bizi izləyin

Nida.az

“Ermənistanı Qarabağı qaytarmağa məcbur edin”

“ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində təcili və qətiyyətli təsirlərlə Azərbaycana dəstək verməlidir”.

Publika.az
xəbər verir ki, bu barədə Beynəlxalq Kommunikasiyalar Mərkəzinin direktoru, “Yerusəlim Poçt” nəşrinin sabiq baş redaktoru Maayan Yaffe-Hoffman “The Washington Times” nəşrində dərc olunan məqaləsində yazıb.

Müəllif yazır ki, ABŞ konqresi Azərbaycan və Ermənistan arasında atəşkəsin möhkəm olmadığını anlamalıdır: “Buna görə də iki ölkənin arasında tam barışığın əldə olunması üçün tədbir görməlidir. Dağlıq Qarabağda mövcud status-kvo qəbuledilməzdir. Bu torpaqların işğalı nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının bu ərazilərin Azərbaycana aid olduğunu təsdiq edir. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymamaqda davam edir. ABŞ bu məsələdə heç nə etməyərək, öz müttəfiqi Azərbaycana qarşı laqeydlik edir”

Onun sözlərinə görə, hazırki atəşkəs bir neçə ay davam edə bilər: “Lakin mövcud status-kvonun saxlanılması müharibənin hər an püskürə biləcəyi deməkdir”.

Hoffman Azərbaycanın ABŞ və Avropa üçün əhəmiyyətindən də bəhs edib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün vacib olan 45 milyard dollar dəyərindəki Cənub Qaz Dəhlizi layihəsində ən əhəmiyyətli oyunçudur. Erməni komandirləri bir neçə dəfə Azərbaycanın neft-qaz infrastrukturunu vurmaqla hədələyiblər. Sonuncu döyüşlər də məhz boru kəmərlərinə yaxın ərazidə aparılırdı. Əgər boru kəməri hücuma məruz qalsaydı, bu işin kəskin ləngiməsinə səbəb olacaqdı. Halbuki, bu layihəyə Avropanın 7 ölkəsi və 11 şirkəti sərmayə qoyur. Bundan başqa, belə bir hadisə Avropanın enerji təhlükəsizliyini təhlükə altına qoya bilər”.

Müəllif əlavə edir ki, Qarabağda mövcud status-kvo Moskvanın regiona təsir imkanlarını artırır.

“Bir çox ekspert hesab edir ki, Moskva öz vassalı olan Ermənistana Azərbaycana qarşı hücuma keçmək göstərişi verdiyi üçün döyüşlər başlayıb. Hansı ki, prezident İlham Əliyev həmin vaxt Vaşinqtonda idi. Bu gün Moskva tamamilə İrəvanın sahibidir”, - deyə o bildirib.

Hoffman ABŞ Konqresinə müraciət edərək yazıb ki, Vaşinqtonun Rusiyanı qabaqlaması və regionda ədaləti bərpa etməsinin vaxtıdır: “Ermənistanı işğal etdiyi ərazilərdən öz qoşunlarını çıxarmağa və Azərbaycan qaçqınlarının öz evlərinə qayıtmasına icazə verməyə məcbur etmək lazımdır. Münaqişənin sülhlə nizama salınması üçün Minsk prosesini yenidən başlamaq lazımdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm