Məmmədyarov Adil Əl-Cubeyr ilə görüşüb
Bizi izləyin

Nida.az

Məmmədyarov Adil Əl-Cubeyr ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanından olan həmikarı Adil Əl-Cubeyr ilə görüşüb.

Nazirliyin Mətbuat xidməti xəbər verir ki, bu görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Türkiyənin İstanbul şəhərində keçirilən Zirvə toplantısında gerçəkləşib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən və İƏT çərçivəsində birgə fəaliyyətdən məmnunluq ifadə olunub.

Habelə, əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazirlər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə nümayəndə heyətləri arasında fikir mübadiləsinin zəruriliyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional

Oxumağa davam et
Reklam
Reklam

Gündəm