Spiker: “Onlar kölgə altındadırlar”
Bizi izləyin

Nida.az

Spiker: “Onlar kölgə altındadırlar”

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Publika.az xəbər verir ki, iclası çıxış nitqi ilə açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, gündəliyə 9 məsələ daxil edilib.

Daha sonra gündəlik səsə qoyularaq qəbul edilib.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin ümavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində son günlər ölkəmizə böyük dəstəklər gəlir: “Ötən gün İslam ölkələri də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər. Azərbaycanın keçirdiyi son hərbi əməliyyatların ölkəmizin tam haqqlı işi olduğunu bildirdilər. Ancaq bəzi ermənipərəst qüvvələr Azərbaycan dövlətinin yürütdüyü siyasəti qaralamağa çalışan hərəkətlərə yol verirlər.

Azərbaycanın son vaxtlar erməni təxribatlarına qarşı verdiyi layiqli cavab ABŞ-ın bir sıra nüfuzlu media orqanlarında da geniş işıqlandırıldı. Ancaq Azərbaycana qara yaxmağa çalışan bəzi qəzetlər bu məlumatların heç birini tirajlamadı.

Bəzi üzdəniraq qüvvələr Azərbaycan Prezidentinin yürütdüyü siyasətə kölgə salmağa çalışır. Azərbaycan mətbuatı və müvafiq orqanlar bu cür hərəkətlərə qarşı səfərbər olmalıdır”.

Spiker O.Əsədov isə S.Novruzovun fikirlərinə bu cür cavab verib: “Siz dediniz ki, Azərbaycanın gördüyü işlərə kölgə salmağa çalışırlar. Bəli, Azərbaycanın uğurlarına kölgə salanların özləri kölgə altındadırlar. Bu o deməkdir ki, onların bu fəaliyyətimizin işinə bizə heç biri təsir göstərə bilməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm