Oqtay Əsədov: “Azərbaycan müharibə aparmayıb”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Azərbaycan müharibə aparmayıb”

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Fazil Mustafa bəzi xəbər saytlarını tənqid edib.

Publika.az xəbər verir ki, deputat bəzi saytların millət vəkilləri haqqında yanlış xəbərlər verdiyini ifadə edib: “Qeyd edirlər ki, deputatlar şəhidlərin yas mərasiminə qatılmır. Bu tamamilə yanlışdır. Mən özüm şahidəm ki, əksər deputatlar şəhidlərin yas mərasiminə qatılıblar. Hesab edirəm ki, cəmiyyəti kateqoriyalara bölmək lazım deyil. Vətən müharibəsinə yanaşma dəyişməlidir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bir sıra deputatların aprelin əvvəlində cəbhədə baş verən hərbi əməliyyatları müharibə kimi təqdim etməsi ilə razılaşmayıb.

Spiker deputatlara xatırladıb ki, Azərbaycan müharibə aparmayıb: “Bunu bir çoxları müharibə kimi təqdim edir. Azərbaycan Ordusu müharibə aparsaydı, bir həftəyə hara gedib çıxacağını hər kəs yaxşı bilir. Biz birtərəfli şəkildə atəşkəs elan etdik. Azərbaycan Ordusu və dövləti gücünü ortaya qoydu. Bu müharibə deyildi. Sadəcə toqquşma idi. Erməni təxribatına cavab idi. İndi sülh danışıqları gedir. Hesab edirəm ki, bu ermənilərin sülh danışıqlarına gəlməsi üçün yaxşı nümunədir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm