BAXCP sədrinin müavini MSK-ya üzv seçilib
Bizi izləyin

Nida.az

BAXCP sədrinin müavini MSK-ya üzv seçilib

Bu gün Milli Məclisin plenar iclasında “Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi qəbul olunub. MSK-nın tərkibinə yeni üzvlərlə yanaşı, 4 nəfər əvəzedici üzv seçilib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Publika.az-a verilən məlumata görə, əvəzedici heyətə BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı da seçilib.

Niyaməddin Orduxanlı bildirib ki, qanunvericiliyə görə, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edir və bunlarla yanaşı 4 nəfər də əvəzedici heyətə seçilir: “İlk öncə mənə bu etimadı göstərən şəxslərə, o cümlədən, hörmətli millət vəkillərinə təşəkkürümü bildirirəm. Göstərilən etimadı doğrultmağa çalışacam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm