Deputatdan bank rəhbərlərinə çağırış
Bizi izləyin

Nida.az

Deputatdan bank rəhbərlərinə çağırış

“Azərbaycanın bank sektorunda çox ciddi problem yaranıb. Bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Vahid Əhmədov bildirib.

Deputat deyib ki, banklarda likvidlik problemi var: “Kredit portfelində göstəricilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83 faizi dollarda saxlanılır. Əmanətlərin sığortalanması haqqında qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Mən əvvəllər də təklif etmişdim. İndi də təklif edirəm ki, bu məsələ ilə əlaqədar bankların rəhbərlərini Milli Məclisə dəvət edək. Problemləri müzakirə edək. Bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımlara ehtiyac var”.

V.Əhmədov qeyd edib ki, qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq: “Azərbaycan prezidenti, iqtisadiyyatın müxtəlif sahələri – tütünçülük, pambıqçılıq və sair sahələrin inkişafı ilə bağlı göstərişlər verib. Bu göstərişlərin yerinə yetirilməsi üçün bank sistemi çevik işləməlidir. Bir daha müraciət edirəm ki, bank rəhbərləri Milli Məclisə dəvət olunsun və problemlər birgə müzakirə edilsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm