Razi Nurullayevin müavini istefa verdi - FOTOFAKT
Bizi izləyin

Nida.az

Razi Nurullayevin müavini istefa verdi - FOTOFAKT

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-də sədr müavini, partiyanın hüquqşünası Mehman Muradlı istefa verib.

Bu barədə Publika.az-a məlumat verən mənbə iddia edir ki, M. Muradlının istefasına səbəb maliyyə məsələsində narazılığın olmasıdır.

Mehman Muradlı isə bunun doğru olmadığını bildirib.

“İstefa verməyimin səbəbi sırf vaxt məsələsi ilə bağlı olub. Partiyanın işləri çox olur. Mənim öz peşəm üzrə çalışmağıma maneə yaranırdı. Mən Auditorlar Palatasının üzvüyəm, məhkəmə proseslərində vəkil kimi çıxış edirəm. Yəni kommersiyasını daha üstün tutdum. Amma partiyadan çıxmağıma səbəb hansısa problem səbəb olmayıb. Sadəcə dediyim kimi, vaxt çatışmazlığına görə bu addımı atdım”, - deyə o bildirib.

M. Muradlı AXCP-dən ayrılanların yaratdığı “Azad Azərbaycan Naminə” təşkilatına qoşulmaq fikrinin də olmadığını bildirib: “Mən o təşkilatla bağlı sosial şəbəkələrdə məlumatı oxumuşam. Heç ona qədər bilmirdim. Elə bir fikrim yoxdur”.

“Azad Azərbaycan Naminə” təşkilatının həmtəsisçisi Dəyanət Babayev isə Publika.az-a açıqlamasında Razi Nurullayevin yanından istefa verənlərin çox olacağını deyib: “İndiyə qədər bir neçə istefa olub və bizim sıralarımıza qoşulmaq üçün müraciətlər ediblər. Cəbhədə baş verən hadisələrə görə bu məsələləri ortaya çıxartmırdıq. Amma gələn həftə bəzi məsələlərə aydınlıq gətirəcəyik. Həmçinin, yaxın günlərdə yeni istefalar olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm