Jirinovski: "Moskva Qarabağı Ermənistana versə..." - VİDEO
Bizi izləyin

Nida.az

Jirinovski: "Moskva Qarabağı Ermənistana versə..." - VİDEO

"Əgər Sovet hakimiyyəti çar Rusiyasının ərazi bölgüsünü dəyişdirməyə başlamasaydı, onda Qarabağda münaqişə olmazdı. Azərbaycanlılar və ermənilər arasındakı düşmənçilik və Türkiyədəki "qətliamla" bağlıdır".

BAKU.WS-in məlumatına görə, bu haqda Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski söyləyib. O bildirib ki, bu münaqişəni nə Minsk qrupu, nə fransızlar, nə də amerikalılar həll edə bilməyəcək.

Jirinovskinin sözlərinə görə, bu məsələdə yalnız Rusiya prezidenti qəti qərar qəbul edə bilər: "Rusiya həmişə farslarla və türklərlə bu regionda vuruşurdu, həmçinin erməniləri müdafiə edirdi. Biz Azərbaycanı almırdıq. İran şahı rus səfirinin qətli müqabilində kompensasiya kimi Azərbaycanı bizə verdi".

Jirinovski Ermənistana və Azərbaycana Rusiya tərkibinə qayıtmağı məsləhət görüb və bildirib ki, əks təqdirdə onlar daha min ili vuruşacaqlar. Siyasətçi qeyd edib ki, əgər Moskva Qarabağı Ermənistana vermək barədə qərar qəbul etsə, onda Azərbaycan Türkiyəylə hərbi müqavilə imzalayacaq və Türkiyə hərbi bazaları Dağıstanla sərhəddə yerləşdiriləcək.

"Bizə Kürdüstanın yaradılmasını dəstəkləmək və Qərbi Ermənistana erməni torpaqlarını qaytarmaq lazımdır. O zaman Qarabağla məsələsi avtomatik həll olunacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm