Qarsın yeni bələdiyyə sədri: “Bu məsələlərə Azərbaycanın gözü ilə baxırıq”
Bizi izləyin

Nida.az

Qarsın yeni bələdiyyə sədri: “Bu məsələlərə Azərbaycanın gözü ilə baxırıq”

Qarsın yeni bələdiyyə sədri: “Bu məsələlərə Azərbaycanın gözü ilə baxırıq”- Eksklüziv


Türkiyənin Qars vilayətinin yeni seçilən bələdiyyə sədri, mənşəcə azərbaycanlı Murtaza Karaçantanın Publika.Az -a eksklüziv müsahibəsi

- Qarsın bələdiyyə sədri seçilməyinizi gözləyirdinizmi?

- Mən 80 ildir Qarsa yaşayan bir ailənin övladıyam, özüm də 53 ildir ki, burda yaşayıram. Ona görə də mən hamıdan dəstək aldım. Bundan sonra da onların dəstəyinə layiq olmağa çalışacağıq.

- Bir sədr kimi ilk əvvəl hansı problemlərə diqqət ayırmağı düşünürsünüz?

- Qarsın həyata keçirməsi vacib olan bir sıra problemləri var. Hər şeydən əvvəl yol, su və təmizlik problemlərinin həllinə çalışacağıq. Bundan başqa gözəl layihələrimiz var ki, onları da həyata keçirdəcəyik. Türk dünyası ilə də zaman-zaman təmaslarımız olacaq, xüsusilə də Azərbaycanla.

- Qarsdan əsasən azərilərin Türkiyənin digər bölgələrinə böyük köçü yaşandığı deyilir.

- Türkiyənin hər şəhəri bizimdir. Bu gün Türkiyənin hər tərəfində Azərbaycan köklü ailələr yaşayır ki, bu da çox gözəl bir şeydir. Lakin həyata keçirəcəyimiz layihələrimiz, yatırımlarımız, xidmətlərimiz bundan sonra köçün önünə keçəcək. Hər kəs də burda qalacaq.

- Sizdən əvvəlki bələdiyyə sədri Ermənistanla sərhədlərin açılması tərəfdarı kimi çıxış edirdi. Hətta erməni-türk qardaşlığı münasibətilə abidə ucaltmışdı, daha sonra Qarsla Gümrünün qardaşlaşmış şəhər olması üçün cəhdlər etdi. Bu məsələdə sizin yanaşmanız necə olacaq?

- Erməni məsələsi Azərbaycan üçün nə qədər mühümdürsə, Millətçi Hərəkat Partiyası üçün də o qədər mühümdür. Biz Ermənistanla münasibətlərə Azərbaycanın gözü ilə baxırıq. Sərhədlərin açılmasına qarşı da biz çıxdıq, həmin abidənin sökülməsinə də. Bütün bu deyilənlər baş tutmadığına biz sevinir. İnşallah, bundan sonra da ermənilərlə sərhədlərin açılması məsələsi bir daha gündəmə gəlməz.

- Qarsın Azərbaycanın hansısa şəhəri ilə qardaşlaşması istiqamətində nə düşünürsünüz?

- Qars bundan əvvəl Azərbaycanın Gəncə və Mingəçevir şəhəri ilə qardaşlaşmışdı. Mən Allah nəsib etsə, bundan sonra Qarsın Şəki şəhəri ilə qardaşlaşmasının istəyirəm.

- Nə üçün Şəki?

- Şəki Azərbaycanın çox qədim şəhəridir. Orda Xan sarayı, karvansaray və bir çox qədim abidələr var. Mən də Şəkiyə getdim, gəzdim, gördüm. Çox xoşuma gəldi. Ona görə də Şəki ilə qardaşlaşmağı arzu edirəm.

- Bunun reallaşması üçün nə etməyi düşünürsünüz?

- Təbii ki, bunun üçün addımlar atacağıq. Vaxtı gələndə burdakı Azərbaycan konsulluğu vasitəsilə danışıqlara başlayacağıq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm