ABŞ analitikinin Qarabağ qeydləri: “Xankəndində hərbiçilər və qocalar yaşayır”
Bizi izləyin

Nida.az

ABŞ analitikinin Qarabağ qeydləri: “Xankəndində hərbiçilər və qocalar yaşayır”

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzinin Avrasiya üzrə analitiki Yevgeni Çausovski “dördgünlük müharibə”dən sonra Azərbaycanın işğal olunmuş ərazilərinə baş çəkərək gördükləri haqda yazıb.

Publika.az xəbər verir ki, Y. Çausovski İrəvandan taksi tutaraq Xankəndinə getdiyini qeyd edir: “Buradan gedən avtobuslar SSRİ dövründən qalanlardır. Dağlıq Qarabağa müvafiq iki yol var: Cənubda Laçın koridoru, Şimalda Karvajar yolu. Dəmir yolu fəaliyyət göstərmir. Bu yaxınlarda Xankəndində təmir edilən aeroport da heç vaxt istifadə olunmayıb”.

Müəllif yazır ki, Dağlıq Qarabağa çatandan hərbi hərəkətlilik hiss olunur: “Əsgərlə dolu “Kamaz”lar yanımızdan keçdi. Yolun kənarında isə tanklar dayanıb. Onlar mənim gəldiyim yol ilə, yəni İrəvandan gəlirlər”.

Xankəndində bir erməninin evində qalan Çausovski burada işsizliyin adi hal aldığını qeyd edir.

“Hər şey sovet dövründən qalmadır. Mən gəzdiyim yerlərdə tək-tək insanlarla qarşılaşdım. Bir çobanla söhbətləşəndə o, çoxlarının getdiyini dedi. Bildirdi ki, burada yaşamaq çətindir, xüsusilə işsizlik adi hal alıb”.

Çausovski Xankəndində addımbaşı hərbiçilərlə qarşılaşdığını deyir: “Mənim nahar etdiyim kafedə cəmi iki qoca oturmuşdu. Küçədə də daha çox yaşlı insanlarla qarşılaşırdım. Cavanlar tək-tük gözə dəyirdi. Amma hərbiçilərin sayı mülki əhalidən daha çox idi və onlar küçədə, avtobusda əhali ilə adi söhbətlər edirdilər. Küçələrdə sovet avtomobilləri şütüyürdü. Amma hərbi avtomobillər və texnikanın sayı daha çox idi”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm