• USD 1,7000 0,00% EUR 1,9969 +0,11%
    • GBP 2,1995 +0,77% RUB 0,0219 +1,83%

Rəfael Hüseynov: “Qarabağ məsələsi AŞPA-nın alt komitəsində müzakirə olunacaq”

  • Nida.az
  • 18 Aprel 2016 16:28
  • 608 Baxış
Rəfael Hüseynov: “Qarabağ məsələsi AŞPA-nın alt komitəsində müzakirə olunacaq”

“Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasının Parlament Assambleyasının münaqişələr üzrə alt komitəsində müzakirə olunacaq”.

Bu barədə Publika.az-a açıqlamasında hazırda Strasburqda keçirilən AŞPA-nın yaz sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov deyib.

Onun sözlərinə görə, əvvəlcə Qarabağ məsələsinin üç müxtəlif istiqamətdə AŞPA plenar iclasının gündəliyinə salınması təklif olunurdu: “Lakin Büronun qərarı ilə təklif olunan digər məsələlər təcili müzakirə xətti ilə gündəliyə salındı. Belə qərara gəlindi ki, Dağlıq Qarabağla bağlı məsələ münaqişələr üzrə alt komitədə müzakirə olunsun. Yəni plenar iclasın gündəliyinə salınmadı”.

R.Hüseynov qeyd edib ki, Ermənistan nümayəndə heyəti həmişə olduğu kimi bu sessiyada da təxribata əl atır: “Təxribat ermənilərin mahiyyətindədir. Onlar özlərinin törətdiyi vəhşilikləri Azərbaycanın adına yazırlar, az qala Azərbaycanı işğalçı ölkə kimi göstərirlər. Təbii ki, bu sessiyada da onlar təxribata əl atır, saxta sənədlər təqdim edir və özlərini haqlı göstərməyə cəhd edirlər. Amma bunun heç bir mənası yoxdur. Göründüyü kimi, Qarabağ məsələsi plenar iclasın da gündəliyinə salındı. Həmçinin, Azərbaycan nümayəndə heyəti erməni təxribatlarına AŞPA-da da lazımi cavab verir”.

Nümayəndə heyətinin bildirib ki, AŞPA ümumilikdə Qarabağ münaqişəsinin diplomatiya yolu ilə həllinə çağırdı.

“AŞPA-da Qarabağ məsələsində toxunuldu. Daimi komitə və Büronun hesabatında da salındı. Yəqin ki, sabah nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinin çıxışında da bu məsələyə yer veriləcək. Hamı münaqişənin sülh yolu ilə həllini təklif edir, bölgədə gərginliyin artmasından narahatlıqlarını bildirir. Ümumilikdə AŞPA-nın mövqeyi Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın işğala son qoyulması ilə bağlıdır. AŞPA prezidenti Pedro Aqramunt da bugünkü giriş nitqində Azərbaycanın ərazi bütövlüyünü bərpasının vacibliyinə toxundu və əvvəlki mövqeyini başqa sözlərlə yenidən ifadə etdi. AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnamədə də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasını özündə ifadə edirlər. Dağlıq Qarabağda separatçı rejim pislənilir. Ayrı-ayrı deputatların fərqli mövqeyinin bizim üçün mənası yoxdur. Əsas odur ki, AŞPA Qarabağ məsələsində dürüst və ədalətli mövqe tutur”, - deyə R. Hüseynov diqqətə çatdırıb.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR