Vəhhabilərin məscid tələbi - Şeyx sabah Şimal bölgəsinə gedir
Bizi izləyin

Nida.az

Vəhhabilərin məscid tələbi - Şeyx sabah Şimal bölgəsinə gedir

Vəhhabilərin məscid tələbi- şeyx sabah Şimal bölgəsinə gedir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə sabah Şimal bölgəsinə səfər edəcək. Publika.Az -ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, A. Paşazadə əvvəlcə Qubaya gedəcək və orda azərbaycanlıların soyqırımı məzarlığını ziyarət edəcək.

Daha sonra Qusar və Xaçmaza səfər edəcək. Səfərin əsas məqsədinin bölgədəki dini vəziyyəti müzakirə etmək və yaranmış bir sıra problemləri həll etməkdir.Mənbə qeyd edib ki, bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmiləri Xaçmazda Tarix Diyarşünaslıq Muzeyində dini icmalarla toplantı keçirib. Toplantıda sələfilərin 3 nümayəndəsi də iştirak edib. Sələfi nümayəndələrinin çıxışı isə toplantıda dini icmalar arasında qarşıdurma yaradıb. Mənbənin sözlərinə görə, sələfilər Xaçmaz şəhər mərkəzi məscidi təmirə bağlandıqdan sonra onlar üçün ayrılmış Qobuqıraqlı məscidinə getmək istəmirlər. Onlar mərkəzi məscidin təmirdən sonra onların istifadəsinə verilməsini istəyir. lakin həmin məscidə sələfilərlə yanaşı şiələr də növbəli ibadət etdikləri üçün qarşıdurmanın əsas mövzusu budur.

Qeyd edək ki, DQİDK-nin sədrinin martın 13-də Xaçmaza səfəri zamanı da bu məsələ müzakirə olunmuşdu.Mənbə bildirir ki, A. Paşazadə səfəri zamanı bu anlaşılmazlığı həll etməyə çalışacaq.

Xatırladaq ki, Xaçmaz şəhər mərkəzi məscidi təmirə bağlandıqdan sonra ordakı şiələrə Qaraqurdlu kənd məscidi, sələfilərə isə Qobuqıraqlı məscidi verilib. Lakin sələfilər Qobuqıraqlı məscidinin istifadəyə yararsız olduğunu əsas gətirərək ora getməkdən imtina edirlər. Bununla yanaşı, onlar mərkəzi məscidin təmirindən sonra ora qayıtmağa icazə verilməyəcəyindən narahatdırlar (http://publika.az/p/10262).

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm