Moskva açıqladı: “Qarabağ danışıqlarında konkret addımlardan söhbət gedir”
Bizi izləyin

Nida.az

Moskva açıqladı: “Qarabağ danışıqlarında konkret addımlardan söhbət gedir”

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizama salınması üzrə səyləri davam edir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq vasitəçi olan Rusiyanın fəaliyyəti tərəflərin atəşin dayandırımasından sonra başa çatmayıb: “Dağlıq Qarabağda münaqişənin yenilənməsində aktiv mərhələ arxada qalan kimi vəziyyəti danışıqlar prosesinə köçürmək üçün təşəbbüs edilib. Atəşin dayandırılmasından sonra xarici işlər nazirləri ilə əlaqələr yaradıldı, Rusiya prezidenti səviyyəsində bəyanat verildi, Sergey Lavrovun Bakıya, həmçinin, hökumət sədri Dmitri Medvedyevin regiona səfəri reallaşdı və Minsk qrupunun həmsədrləri fəal işləməyə başladılar. İndiki halda bütün iş münaqişənin nizama salınmasında praktiki nəticələrə yönəlib. Aparılan danışıqlar müsbət məcrada keçib və artıq konkret addımlar haqda söhbət gedir”.

M. Zaxarova qeyd edib ki, yaxın vaxtlarda danışıqlar prosesində yeniliklər olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm