Türkiyədən sərt BƏYANAT: “Qarabağda vəziyyət belə davam edə bilməz”
Bizi izləyin

Nida.az

Türkiyədən sərt BƏYANAT: “Qarabağda vəziyyət belə davam edə bilməz”

“Dağlıq Qarabağda mövcud status-kvo artıq davam edə bilməz”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Baş naziri Əhməd Davudoğlu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı deyib.

Davudoğlu Ermənistan tərəfinin Azərbaycana qarşı geniş çaplı hücumlarını və atəşkəsi pozmasını narahatlıqla qarşıladıqlarını dilə gətirib: “Bu hücumlar nəticəsində həm mülki, həm də hərbi qulluqçular həyatlarını itiriblər. Toqquşmaların şiddətlənməsi və mülki vətəndaşlar da daxil olmaqla çox saylı itkilər Dağlıq Qarabağda mövcud status-kvonun qəbul edilməz olduğunu bir daha göstərdi”.

Türkiyə Baş naziri Ermənistanın Naxçıvan Muxtar Respublikası sərhədində də atəşkəsi pozmasının ayrıca narahatlıq doğuran məsələ olduğunu ifadə edib.

O, beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupu həmsədrlərini Ermənistanı silahlı təxribatlara və atəşkəsi pozmasına son qoyması üçün məcbur etməyə çağırıb.

Davudoğlu qeyd edib ki, Minsk qrupunun üzvü olaraq Türkiyə bu formatda sülh üçün atılan addımları dəstəkləyir.

“Torpaqlarının işğaldan tezliklə azad olunması üçün Azərbaycana dəstəyimiz davam edəcək”, - deyə Davudoğlu Stratburqdan səslənib.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm