Aydın Mirzəzadədən deputat həmkarına - Sərt tənqid
Bizi izləyin

Nida.az

Aydın Mirzəzadədən deputat həmkarına - Sərt tənqid

Aydın Mirzəzadə deputat həmkarını sərt tənqid etdi

Millət vəkili Aydın Mirzəzadə deputat həmkarı Etibar Hüseynovu sət tənqid edib.Publika.Az xəbər verir ki, A. Mirzəzadə Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirlərinə qəti etiraz etdiyini deyib: “Onun telekanalların birində çıxışının videosunu izlədim. Parlament üzvü bu cür çıxışlar etməməlidir. Qaçqınlar haqqında dediyi epitetlərə ( “ac-yalavac”, “təhsilsiz”, “mədəniyyət görmədilər” və s.) öz qəti etirazımı bildirirəm. Xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir”.

Millət vəkili qeyd edib ki, Bakı bütün Azərbaycan xalqının şəhəridir: “Bakı mühitini bütün xalqımız öz mədəniyyəti, dəyərləri ilə birlikdə yaradıb, onun tanınmasında hər bir bölgənin, hər bir sosial qrupun böyük zəhməti olubdur. Bütün böyük şəhərlər bölgələrdən gələn insanların hesabına böyüyür, onların gətirdiyi mədəniyyətin hesabına mədəniyyətini zənginləşdirir. Təəssüf edirəm ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi, qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz hamımızın qaçqın, hamımızın bakılı, hamımızın naxçıvanlı, hamımızın ümumilikdə azərbaycanlı olmağımızdadır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm