ABŞ-da keçirilən beynəlxalq tədbirdə Azərbaycanın əhəmiyyəti vurğulanıb
Bizi izləyin

Nida.az

ABŞ-da keçirilən beynəlxalq tədbirdə Azərbaycanın əhəmiyyəti vurğulanıb

ABŞ-ın Çikaqo şəhərində beynəlxalq İpək Yolu Konfransı keçirilib.

Publika.az xəbər verir ki, konfransın əsas mövzusu Avropanı Çinlə birləşdirən İpək Yolu üzərində yerləşən dövlətlərin investisiya, nəqliyyat, ticarət və tranzit potensialı ilə tanış etmək olub.

Konfransda ABŞ-ın çoxsaylı ictimai, biznes və akademik nümayəndələri, habelə bir sıra digər dövlət təmsilçiləri də iştirak edib.

Tədbirdə Azərbaycanı təmsil edən ölkəmizin ABŞ-dakı Səfirliyinin nümayəndəsi Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi inkişaf siyasəti, nəqliyyat sektorunun inkişafı istiqamətində görülən işlər, İpək Yolu ilə daşımaların sürətləndirilməsi uçun aparılmış islahatlar, quru, dəmir, dəniz, hava yolları və əlaqədar infrastrukturun imkanlarının artırılması barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Müzakirələrdə İpək Yolunun işə düşməsi üçün Azərbaycanın praktiki töhfəsinin əhəmiyyəti vurğulanıb və Azərbaycan vasitəsilə daşımaların üstünlükləri qeyd edilib.

Tədbir Şimali İllinoys Universitetinin Biznes Kolleci və Çikaqo Kommersiya Birjasının sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib.

Həmçinin, konfransın həmsponsorları qismində “Silk Way”, Qlobal Biznes Məsləhəti Jurnalı, “Tianjin” iqtisadi-texnoloji inkişaf sahəsi, Türk Hava Yolları çıxış edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm